Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Çəqabəl
Çəqabəl — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Rumeşkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,801 nəfər və 1,037 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Çəvan
Çəvan (Marağa)
Çevan-Rabdan
Çevan-Rabdan (1663-1727) — Cunqar xanlığının dördüncü hakimi. == Həyatı == Qaldan-Boşoqtu xanın ölümündən sonra Cunqar xanlığının taxtına, 1697-ci ildə, Qaldanın qardaşı oğlu yəni Senqenin və Anu xatunun oğlu Çevan Rabdan keçmişdir. Çevan Rabdan, iqtidarının ilk illərində xarici siyasətində diqqətli davranaraq, qonşularıyla savaşmaqdan qaçmışdır. Öncəliklə ölkənin içərisindəki noyonlar arasındakı birliyi bağalamağa öncəlik vermişdir. Bu arada əkinçiliyi inkişaf etdirməyə səy etmişdir. Ayrıca dəmir mədənçiliyini inkişaf etdirərək silah istehsalına ağırlıq vermişdir. Çevan Rabdan Cunqar xanlığının idarəsini əlinə aldıqdan sonra, Qaldan Boşoqtu xan kimi mərkəzini İli çayı boylarına daşımışdır. Qaldanın son dönəmlərində bilxassə Şərq torpaqlarının böyük qismi Tzin sülaləsi tərəfindən alınmışdı. Ayrıca 1698-ci ildə Hami, Kukunor bölgələri də Tzin sülaləsi hakimiyətini tanımaq məcburiyyətində qalmışdı. 1700-cü ildə Tzin sülaləsi hakimiyətinə girmək istməyən iki Xoşut taycısının başında olduğu 10 min Xoşut Kukunordan Cunqariyaya köç etmişdir.
Çəvan (Marağa)
Çəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səcaru kəndistanında, Marağa şəhərindən 14 km cənub-qərbdədir.
Çəvan (Təbriz)
Çəvan (fars. چاوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbriz şəhərindən 12 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.729 nəfər yaşayır (448 ailə).