CƏVƏRƏ

I
(Culfa, Meğri, Ordubad, Zəngilan)
bax cəvəran . – Əlimdə cəvərə gedədəm cəviz silhməğə (Meğri); – Mükayıl, bir cəvərə miyvə yığ gəti yiyax (Ordubad); – Cəvəriyə soğan yığırıx, üzüm yığırıx (Culfa)
II
(Kəlbəcər)
küləşdən düzəldilmiş iynə-sap qutusu. – Cəvərə:n içinə iynə-sap yığırıx
CƏVƏRAN
CƏVƏRƏN
OBASTAN VİKİ
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.