Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limfa düyünləri
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Sağlamlığın düşmənləri (film, 1950)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent sağlamlıq üçün təhlükəli olan hər cür vərdişlərdən və onlara qarşı mübarizə üsullarından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Açıq cəmiyyət və onun düşmənləri
Açıq cəmiyyət və onun düşmənləri — 1938-1943-cü illərdə İkinci Dünya müharibəsi zamanı Karl Popper tərəfindən yazılmış siyasi fəlsəfəyə dair ikicildlik əsər. İlk dəfə 1945-ci ildə Londonda nəşr edilmişdir. SSRİ -də nəşr olunmamış, ilk dəfə 1992-ci ildə Rusiyada nəşr edilmişdir. Müəllif Platonun, Hegelin və Marksın əsərlərini tənqid edir, onları teleoloji historisizm nəzəriyyələri adlandırır və onların müəlliflərini totalitarizmin ideoloji əsasını təşkil etməkdə ittiham edir . == Quruluşu == Rus dilindəki nəşrinə olan ön sözdə Popper yazır :Hitlerin doğma Avstriyaya hücumu haqqında öyrəndiyim gün bu kitabı yazmağa qərar verdim […]. Kitab nasizm və kommunizmə - 1939-cu il paktının bir müddətlik müttəfiq etdiyi Hitler və Stalinə qarşı yönəlmişdi. Bu kitabda hitlerizmin yaranmasına səbəb olan tarixi izləmək qərarına gəldim və siniflər baxımından düşünən ilk siyasi ideoloq olan böyük filosof Platonun təlimlərinə müraciət etdim […]. Stalin fiquru məni Karl Marksın fəlsəfəsini öyrənməyə yönəltdi. Marksizmi tənqid edərkən mən özümü də müəyyən dərəcədə tənqid edirdim, çünki ilk gəncliyimdə marksist, hətta kommunist olmuşdum. (Bu təlimi rədd edəndə isə heç 17 yaşım yox idi.)Kitab iki cilddən ibarətdir: I cild.
Lava tunelləri
Lava tunel­lə­ri- (rus. туннели лавовые, ing. lava tunnels) lava axınlarında dəhlizlər şəki­lin­də uzanan boşluqlar. Ən çox dal­ğalı lava axınlarında müşahidə edi­lir, uzunluğu yüzlərlə m-ə, eni 20- m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kali­forniyada /Şesta dağı/ və İslan­diyada /Şurtoşellira vulkanı/ aşkar edilmişdir.
Kuti tunelləri
Kuti tunelləri (vyet. Địa đạo Củ Chi) — Hoşiminin eyniadlı şəhərətrafı sahəsində bir-birləri ilə birləşən böyük yeraltı tunellər şəbəkəsi. Bu tunellər Vyetnam müharibəsi zamanı Vyetkonq tərəfindən bir neçə hərbi kampaniyada istifadə edilmiş, xüsusən də 1968-ci il Tet hücumunda Vyetkonqun əməliyyat bazası idi. == Tarixi == Tunellər şəbəkəsi partizanlar ilə ABŞ qoşunlarına qarşı gizli zərbələr endirməyə imkan verirdi. Bir neçə dərinlikdə yerləşən tunellərə gizli girişlər, yaşayış yerləri, anbarlar və xəstəxanalar daxil idi. Ümumi uzunluğu təxminən 150 km idi. Vyetkonq əsgərləri üçün tunellərdə həyat çətin idi. Hava, yemək və su qıtlığı mövcud idi, tunellərin özünü qarışqalar, zəhərli qırxayaqlar, ilanlar, əqrəblər, hörümçəklər və gəmiricilər bürümüşdü. Əsgərlər çox vaxt tunellərdə işləmək və ya dincəlməklə gününü keçirir, yalnız gecələr tədarük axtarmaq, əkinlərinə qulluq etmək və ya düşmə ilə döyüşə girmək üçün çıxırdılar. Bəzən ağır bombardmanlar və ya Amerika qoşunlarının hərəkəti zamanı onlar günlərlə yerin altında qalmağa məcbur olurdular.