Azadə Rüstəmova
Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi.
== Həyatı ==
Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur.Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur.
Filologiya üzrə namizədlik (1956), doktorluq (1971) dissertasiyaları müdafiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1957), şöbə müdiri (1961–1991) vəzifələrində çalışmışdır.
Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, "Azərbaycan epik şeirinin inkişaf yolları (XII–XVII əsrlər)" (1977), Nizami Gəncəvi (həyatı və sənəti)" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası" (1990), "Mütəfəkkir Mövlana Füzuli" (1996), "Nizami və onun poeziya sələfləri" (2001) və b.