Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filol.ü. fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filol. e. doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər.
Azadə Taleh Abbasqızı
Azadə Rüs­tə­mova
Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi. == Həyatı == Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur.Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur. Filologiya üzrə namizədlik (1956), doktorluq (1971) dissertasiyaları müdafiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1957), şöbə müdiri (1961–1991) vəzifələrində çalışmışdır. Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, "Azərbaycan epik şeirinin inkişaf yolları (XII–XVII əsrlər)" (1977), Nizami Gəncəvi (həyatı və sənəti)" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası" (1990), "Mütəfəkkir Mövlana Füzuli" (1996), "Nizami və onun poeziya sələfləri" (2001) və b.
Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor. == Həyatı == Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. 1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir. 1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür. == Əsas elmi nailiyyətləri == Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır.
Dəşt Azadəqan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Azadi
Azadi — kişi adı və təxəllüsü.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Zadə
ŞəxslərLütfi Zadə — azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi.ToponimZadə (Qabon) — Qabonda departament.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Abadə şəhristanı
Abadə şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadə şəhəridir.
Azadi Rəhimov
Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri == Həyatı == Azadi Rəhimov 1958-ci ildə Dağıstanın Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.2015-ci il fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov 22 may 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Dövlətməhəmməd Azadi
Dövlətməhəmməd Azadi (1700 – 1760) — türkmən şairi, Məxdumqulu Fəraqinin atası. == Həyatı == Türkmən ədəbiyyatı tarixində müstəsna bir yer tutan, böyük şair-mütəfəkkir Dövlətməhəmməd Məxdumqulu oğlu 1700-cü ildə indiki Türkmənistanın Ətrək vilayətində Göklən boyunun (tayfasının) Gərkəz nəslindən olan ziyalı bir ailədə dünyaya göz açmışdır. Dövlətməhəmmədin atası Məxdumqulu Yonaçı dövrünün istedadlı şairi kimi tanınsa da, əsərlərinin az bir qismi günümüzədək gəlib çatmışdır. Onun əsərlərində “Gürgənin” adlı şeiri indi də dillər əzbəridir. Dövlətməhəmməd ilk təhsilini atasından və bölgənin tanınmış pedaqoqlarından aldıqdan sonra onu Xivəyə göndərirlər. Türküstanın mədəni mərkəzlərindən olan, xanlıq mərkəzi Xivə yaraşıqlı binaları, gur bazarı, hamamları, mədrəsələri ilə məşhur idi. Mavi kaşılarla üzlük çəkilmiş, zərif naxışlı binalar, uca minarələr insanları heyrətə salırdı. Yeniyetmə Dövlətməhəmməd bu şəhərdəki mədrəsədə oxuyarkən dövrünün sayılıb-seçilən alimlərindən dərs alır. İlahiyyat, təfsir, bəlağət, nücum elmləri ilə yanaşı, həndəsə, hesab, riyaziyyat, tarix, coğrafiya, kimya və digər fənləri dərindən öyrənir, ərəb, fars və cağatay dillərində biliyini artırır. Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunis İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi Şərq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ciddi şəkildə mütaliə edir, özü də Azadi təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Azad Ağaoğlu
Azad Ağaoğlu (tam adı: Azad Sabir oğlu Ağayev) — azǝrbaycanlı filoloq, tǝrcümǝçi. == Həyatı == Azad Ağaoğlu 1974-cü ildǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur. Bakıda Hüseyn Cavid adına 132 nömrǝli orta mǝktǝbi bitirmişdir. İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsindǝn (Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ) mǝzun olmuşdur. Klassik türk vǝ Azǝrbaycan ǝdǝbiyyatı mövzusunda bir sıra mǝqalǝlǝrin müǝllifi, Azǝrbaycan vǝ rus dillǝrindǝn türk dilinǝ elmi, bǝdii vǝ siyasi ǝdǝbiyyatın tǝrcümǝçisidir. Azǝrbaycan ǝdǝbiyyatından Mir Cǝlal, Elçin, Z. Yaqub kimi yazıçı vǝ şairlǝrin, rus ǝdǝbiyyatından Puşkin vǝ Bunin kimi müǝlliflǝrin ǝsǝrlǝrini türk dilinǝ müvǝffǝqiyyǝtlǝ tǝrcümǝ etmişdir. == Əsǝrlǝri == === Elmi-tǝnqidi mǝqalǝlǝri === “Şâhî Divanı mı Vâhî Divanı mı?”, Toplumsal Tarih jurnalı, N-93, s. 62-65, Sentyabr 2001, İstanbul. “Zemin-i İtibar Üzre Nisar Edilen İnciler”, Varlık jurnalı, N-1155, s. 65-68, Dekabr 2003, İstanbul.
Azad Bayramov
Azad Ağalar oğlu Bayramov (4 iyul 1953, Bakı) — Fizika üzrə Azərbaycan alimi, elmlər doktoru, professor. == Həyatı == Azad Ağalar oğlu Bayramov 1953-cü ilin iyul ayının 4-də Bakı ş. anadan olmuşdur. Atası, Bayramov Ağalar İsmayıl oğlu (1914–1997), hərbi həkim idi. Zəngəzur mahalının qərb hissəsində 20-ci əsrə qədər yaşayan qədim sarallı tayfasının nümayindəsi idi. Anası isə Bayramova Əminə Səməd qızı (1924–2003), kimyaçı alim (elmlər namizədi) idi. Ailəlidir, 2 övladı və 2 nəvəsi vardır. == Təhsili və elmi fəaliyyəti == 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş və 1975-ci ildə həmin universiteti "fizika" ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Bundan başqa, 1976–1984 illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna ş., Moskva vilayəti, Rusiya), 1989–1992-ci illərdə Beynəlxalq Nəzəri Fizika (Triyest ş., İtaliya) və Milli Nüvə Tədqiqatları (Piza ş., İtaliya) İnstitutlarında çalışmışdır.
Azad Bəkirli
Azad Rasim oğlu Bəkirli (27 sentyabr 1992, Nərimanov rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışmışdır. == Hərbi xidməti == Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşulmuş, Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də Füzulidə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Cabbarov
Cabbarov Azad Vaqif oğlu (14 aprel 1981, Şovu, Lənkəran rayonu) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sabiq sədri == Həyatı və təhsili == Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998–2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir. == Fəaliyyəti == 2004–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat taqımında polis vəzifəsində çalışmışdır. 2007–2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir. 2008–2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009–2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.
Azad Fransa
Azad Fransa (fr. Forces françaises libres) və ya Döyüşən Fransa — İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 23 iyun tarixində Fransa və Üçüncü Reyx arasında imzalanan müqavilənin ardından yaradılmış müvəqqəti rejim. Rejimin yaradılmasında başlıca məqsəd Fransanın Üçüncü Reyx tərəfindən məğlubiyyətə uğradılması və ölkənin 60% işğal edilməsindən ibarət idi. Əsas idarə mərkəzi London şəhərində yerləşən rejimin rəhbəri Şarl de Qoll olmuşdur. == Fəaliyyəti == General Şarl de Qoll BBC-də Fransanın məğlub olmadığını və almanları Fransadan qovmaq üçün xeyir-dua verəcəyini bəyan etdi. Məşəl əməliyyatının müvəffəqiyyəti ilə əməliyyat mərkəzi Londondan Əlcəzairə köçürüldü. O, Vişi hökumətinə qarşı barışmaz idi. Normandiya desantında müttəfiq dövlətlər tezliklə Fransaya hakim oldular və Vişi hökumətini devirdilər. Fransada müvəqqəti prezidentlik təsis edildi. General Şarl de Qoll prezident seçildi.
Azad Hümbətov
Azad Arif oğlu Hümbətov (24 yanvar 1996, Bakı – 27 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı". == Həyatı == Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir.Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır. 2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu. Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır. == İkinci Qarabağ müharibəsində iştirakı == Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.
Azad Kərimli
Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Kərimov
Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir. 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır. === Çempionat === Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Kubok === Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir. == Uğurları == "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.
Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. == Tarix == Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər - Şrinaqar və Cammu - Hindistanda qaldı) formalaşdı.
Azad Mirzəcanzadə
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik. == Həyatı == Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir. == Elmi və pedaqoji fəaliyyətləri == Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. 1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Azad Məmmədov
Azad Məmmədov (aktyor)
Azad Novruzov
Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. 1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. == Elmi və pedoqoji fəaliyyəti == 1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır. == Təltif və mükafatları == 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Azadek
Azadek — İrəvan xanlığının Şərur-Dərələyəz mahalında kənd adı. == Əhalisi == 1727-ci ilə aid mənbədə kənddə üç erməni ailəsinin yaşadığı qeyd olunmuşdur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. == Toponimikası == XX əsrin əvvələrində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. qədim türk dillərində asu "qırmızı kil"və farsca tek "torpaq", "Süxur", ya da həmin dildə dək "yağışdan sonra su ilə dolan şoran çökəklik", "şor göl", "şoran torpaq", "bitkisiz yer", sözlərindən ibarətdir. Ola bilər, bu toponim Azad şəhər adı ilə bağlıdır. Həmdullah Qəzvini (XIV) Ordubaddan 30 km aralıda Gilançayın üstündə Azad şəhərinin yerləşdiyini yazır. Onda bu kəndin adı Azad və deh farsca "kənd" sözlərindən ibarətdir.Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
Azadeğ
Azadeğ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir. Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir. Kəndin adının yaranması ilə bağlı erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ adlandırmışlar. Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır. Toponim fars dilində işlənən azad sözü ilə, fars dilində «kənd, qışlaq» mənasında işlənən dex sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır .
Azande
Azande və ya Banda — Mərkəzi Afrikada, əsasən Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Cənubi Sudan ərazisində, qismən də Sudanda yerləşən yayla. Bu, Konqo çayı, Çad gölü və Nil çayı hövzələri arasında su hövzəsidir. Hündürlüyü 600–900 metrdir, lakin ən hündür nöqtəsi 1388 metrə çatır.