Диалектологический словарь азербайджанского языка.

  • LILIMIR

    (Meğri) keyfiyyətsiz. – Beşdəunda yeyləxdən bikkə <bir tikə> lılımır qatıx göndərey

    Полностью »
  • LINC

    (Lənkəran) bax linc. – A Şirin bacı, plo <plov> lıncdı ki

    Полностью »
  • LINDIR

    (Meğri) sümüksüz ət parçası. – Buddardan çıxan lındırrarı da böləcəm payların üsdə

    Полностью »
  • LINQIT

    (Çənbərək) çiy, bişməmiş. – Sajın altı yammadı, əpbəx’ lınqıt oldu

    Полностью »
  • LINTIR

    (Masallı) kobud

    Полностью »
  • LIPIRÇILIX

    (Culfa, Şahbuz, Şərur) köpüklənmə

    Полностью »
  • LIR

    (Şəki) turş ayran. – Xalamgildə bir kasa lır işdim, qarnıma sancı düşüf

    Полностью »
  • LIRD

    (Lənkəran) sirkə və yağ çöküntüsü. – Sirkə qutarıb, lırdı qalıb

    Полностью »
  • LIRDA

    (İmişli) palçıq. – Vedrəni geti <götür> bırdan, axıb lırda eliyib

    Полностью »
  • LIRDANA

    (Kürdəmir, Salyan) palçıqlı. – Lırdana yerdə gəzməy olmaz (Salyan)

    Полностью »
  • LIRT

    (Bakı, Başkeçid, Qazax, Lənkəran) tənbəl ◊ Lırt düşməg (Bakı, Lənkəran) – yorulmaq. – Yorulub lırt düşmüşəm (Lənkəran)

    Полностью »
  • LIRTA

    (Kürdəmir) duru. – Palçığı lırta eləmisən

    Полностью »
  • LIRTMAÇ

    (Şamaxı) palçıq. – Bayır yaman lırtmaçdı

    Полностью »
  • LIS

    lıs qalmağ: (Salyan) çürümək. – Keçən il hə:tə o qədər su veriblər ki, üzüm tə:kdə lıs qalıb; – Bossanda yemiş çox oldı, yiən olmadı, yemişdər lıs qal

    Полностью »
  • LIZBA

    (Meğri) zərrə, əşyanın ən kiçik hissəsi. – Olar yetim-yesirə eysannan bir lızba da verməzdər

    Полностью »
  • LİCİM

    I (Ordubad, Şamaxı, Şərur) biçim, xarici görünüş, görkəm. – Qurbanın licimi yoxdu (Şamaxı) II (Meğri) bacarıq, qabiliyyət

    Полностью »
  • LİCİMSİZ

    (Şamaxı, Zəngilan, Şərur) biçimsiz, səliqəsiz, görkəmsiz. – O lap licimsiz adamdı (Zəngilan); – Qurban çox licimsiz adamdu (Şamaxı)

    Полностью »
  • LİÇMAN

    (Lənkəran) navalça

    Полностью »
  • LİFƏ

    (Cəbrayıl) burun deşiyi. – Yediyin burnunun lifəsinnən gəlsin

    Полностью »
  • LİFİRTİN

    (Salyan) ipək parça növü. – Lifirtini xonça:n üssünə qoy

    Полностью »
  • LİĞ

    (Göyçay, Quba, Lənkəran) bataqlıqda bitən bitki növü. – Samanluğumuzun üsdi üçün bir araba liğ gətirdim (Quba); – Dayım bir araba liğ gətirdi (Göyçay)

    Полностью »
  • LİĞAV

    (Gəncə) heyvan toxumunun üzündə olan yumşaq ağ maddə. – Ağız, bu uşax ki belə öysürür, niyə muna hayva liğavı vermirsən?

    Полностью »
  • LİX’LƏMƏX’

    (Gəncə, Qarakilsə, Şəmkir) ağzına qədər doldurmaq. – Çualı lix’liyəndə çox tutar (Qarakilsə); – Xərələ o qədər pambıx lix’lədin ki, darmadağın dağıldı

    Полностью »
  • LİX’LƏŞMƏX’

    (Ağbaba) qarşılaşmaq. – Qonşunun uşağıynan lix’ləşdim

    Полностью »
  • LİJ

    (Qazax) bax lej I. – Dünən dədəm bazardan üş dənə lij vedrə alıf gətirdi

    Полностью »
  • LİJİM

    (Laçın) səliqə

    Полностью »
  • LİL

    (Daşkəsən, Gədəbəy) tamamilə, tamam, bütünlüklə. – Ət lil yağdı (Daşkəsən)

    Полностью »
  • LİLEY

    (Balakən) bayatı

    Полностью »
  • LİLƏMAR

    I (Ağdam, Culfa, Füzuli, Şahbuz) ilıq. – Çay liləmardı (Ağdam); – Liləmar su:nan əlüz yumağ olar (Şahbuz) II (Ucar) lilli

    Полностью »
  • LİLƏMAYA

    (Şamaxı) duru. – Xəmir çox liləmaya oldi

    Полностью »
  • LİLƏPƏR

    (Lənkəran) barama kəpənəyi

    Полностью »
  • LİLIX

    (Başkeçid, Borçalı, Qazax) bax lalıx

    Полностью »
  • LİLİ

    (Ağdaş) anaya müraciət məqsədilə deyilən ad. – Lili, bu il neçə əmək günü almısan?

    Полностью »
  • LİLİMAR

    (Zəngilan) bax liləmar I. – Bı çay illaf lilimardı ki, bını işməy olmaz

    Полностью »
  • LİLİPAR

    (Ağbaba) nilufər

    Полностью »
  • LİLİVAN

    I (Naxçıvan, Şərur) ilıq. – Yayda bizim çayın suyu lilivan olur (Şərur) II (Naxçıvan, Şərur) bulanıq

    Полностью »
  • LİLLƏNDİRMƏX’

    (Gəncə) məc. bazarda malı çox yığıb saxlamaq. – Min dəfə saηa dedim, buları sat getsin, gənə lilləndirif saxladın

    Полностью »
  • LİLLƏTMƏX’

    I (Ağbaba, Basarkeçər) məc. gizlətmək. – Kağızdarı elə lillətdim ki, heş bilən də olmadı (Ağbaba) II (Qazax) bir şeyi suya salmaq, suda batırmaq

    Полностью »
  • LİLMAN

    I (Gəncə) ağzına kimi dolu. – Bizim ho:uz lilmandı, gedəx’çiməx’! II (Borçalı, Yevlax) xalis, tamamilə

    Полностью »
  • LİLMAR

    I (Şərur, Zərdab) bax liləmar I. – Qışda bu çayın suyu lilmar olur (Zərdab); – Yayda bulağın suyu lilmar olur (Şərur) II (Zərdab) bax liləmar II

    Полностью »
  • LİLPAR

    (Daşkəsən, Gədəbəy, Gəncə, Qazax, Qubadlı) bax lilipar. – Lilpar kimi sulu yer axtarırsan? (Qazax); – Bizim baxçada lilpar cürbəcür çiçəklər açır (Gən

    Полностью »
  • LİM

    I (Cəbrayıl) suyun yığıb gətirdiyi torpaq, lil. – Arxı lim yaman basıf, gərəx’ genə işdiyəx’ II (Gəncə) üsul, qayda

    Полностью »
  • LİMÇAVA

    (Dərbənd, Tabasaran) yoğun oxlov

    Полностью »
  • LİMDAŞ

    (Cəlilabad) geyilib köhnəlmiş, çox köhnə, nimdaş. – Əli həmməşə limdaş pencəydə gəzey

    Полностью »
  • LİMƏ

    I (Şəki) aşılanıb doğranmış gön. – Mən çarığı həmişə limədən tikirəm II (Göyçay) qısaquyruqlu quş və ya heyvan

    Полностью »
  • LİMHƏLİM

    (Gəncə, Mingəçevir) ağzına kimi dolu. – Bizim inəx’ sərnişnən limhəlim süd verir (Gəncə)

    Полностью »
  • LİMLƏMMEY

    (Cəlilabad) gözü tutulmaq (bulağa aiddir). – Kükürd bılağ limlənibdi, batıbdı

    Полностью »
  • LİNC

    I (Cəbrayıl, Gədəbəy, Şamaxı) nəm, yaş. – Barama yaman lincdi, deyəsən bir yerdə çox qalıb (Cəbrayıl) II (Bakı, Hamamlı, Salyan) çiy, bişməmiş

    Полностью »
  • LİNƏT

    (Təbriz) suyun gətirdiyi torpaq. – Hər il ərxlərin linəttərin təmizli:rıx

    Полностью »
  • LİNG

    I (Bərdə, Qubadlı) omba sümüyü II (Bərdə, Gəncə) ding, çəltik döyülən qurğu. – Çəltiyi dünən lingə göndərdim (Bərdə)

    Полностью »