Диалектологический словарь азербайджанского языка.

  • MİXƏŞƏR

    (Cəbrayıl) çəyirdəyi çıxarılmış zoğal qurusu

    Полностью »
  • MİXLƏMƏ

    (Quba) yumurtanı çalmadan bişirilən qayğanaq. – Yumurtanı çalmıyibəni tükəllər toveyə, yağda pişədü, uladu mixləmə, so:ra tükəllər buşqaba

    Полностью »
  • MİJƏ

    (İmişli) palazda naxışsız, ensiz zolaq. – Bü:n bir mijə toxumuşam

    Полностью »
  • MİKİN

    (Zəngilan) cür. – Əlli mikin işimmar <işim var>, hənkisi:n qulpunnan yapışım, bilmirəm

    Полностью »
  • MİQAL

    (Zaqatala) böyürtkən

    Полностью »
  • MİQQİ

    (Ağdaş) döyülmüş qoz ləpəsi ilə bəkməzin qarışığı. – Miqqi ilə çoxlu çay içirəm

    Полностью »
  • MİL

    (İmişli) biz (tüfəngdə) Mil getməx’ (İsmayıllı) – düz getmək. – Kişiyə söz lap kar elədi, mil getdi

    Полностью »
  • MİLAX

    (Culfa, Naxçıvan, Şərur) üzüm asmaq üçün xüsusi ağac. – Üzüm milaxdan asılır, qalır (Şərur); – Milax bir put birdən üzüm saxlı:r (Naxçıvan)

    Полностью »
  • MİLÇƏX’

    milçəy’ əx’məx’: (Gəncə) (sahəni) – ikitərəfli əkmək. – Bu yeri milçəy’ əx’məx’ yaxşı olar

    Полностью »
  • MİLÇƏM

    (Ağdam, Xocavənd) qoyunun boğazından sallanan bir cüt vəz

    Полностью »
  • MİLÇƏYÇIXAN

    milçəyçıxan vaxdı: (Salyan) yazın ortaları. Milçəyçıxan vaxdı Şirvana gedirük

    Полностью »
  • MİLEYİM

    (Çənbərək) arzu, istək. – Ziyrətdin höjətdi, gərəy onun mileyminnən gedəsən

    Полностью »
  • MİLƏ

    (İsmayıllı) hiyləgər, bic. – O:n yazığ görünməyinə baxma, yaman milə adamdı

    Полностью »
  • MİLİL

    (İsmayıllı) çübuq, nazik ağac. – Meşədən odun gətirən çağı bir əz də milil gətrüz

    Полностью »
  • MİLLƏMMƏG

    (İmişli) bir yerdə durmaq, tərpənməmək. – Qaşqato:uğ gəldi, çala:n ortasında milləndi

    Полностью »
  • MİMAR

    (Cəbrayıl) şikəst, əlil

    Полностью »
  • MİMDƏR

    (Ağcabədi) döşəkçə

    Полностью »
  • MİMİG

    (Quba) gödək, qısaboy (adam). – U mimig adamdu, buyi çıxmiyədü ki, çıxmiyədü

    Полностью »
  • MİNAXAFA

    (Salyan) üzüm növü. – Bir put minaxafa aldım

    Полностью »
  • MİNCƏR

    (Quba) paltar sərilən ip. – Git mincərdən paltalları yığ

    Полностью »
  • MİNÇAĞ

    (Dərbənd) muncuq

    Полностью »
  • MİNÇAVA

    (Tabasaran) oxlov. – Minçava sinitdü, çüreg yaymağ ulmayutdu

    Полностью »
  • MİNDAŞ

    (Quba) geyilmiş, nimdaş. – Üzi mindaşdu, amma uzağdan təzəyə uxşiyadu

    Полностью »
  • MİNDOV

    (Zaqatala) 1. çiyin 2. boyun. – Yaxşı atı mindovunnan bilməx’ olar

    Полностью »
  • MİNDOY

    (Çənbərək, Qazax, Naxçıvan) bax mindov. – Elə hündür oğlandı mindoyuna əl çatmır (Qazax); – Gəlip mindoyu yaralanıf (Naxçıvan)

    Полностью »
  • MİNƏDAYAMI

    (Qəbələ) ot tayasının ortasına sancılmış ağac

    Полностью »
  • MİNƏY

    (Qazax, Tovuz) üçyaşar at

    Полностью »
  • MİNGİRRƏMƏX’

    (Çənbərək, Gəncə, Qarakilsə, Qazax, Mingəçevir, Şəmkir) əl çəkməmək, qarayaxalıq etmək. – Məni nə mingirreyifsən? (Qazax); – Əli gənə Həsəni mingirriy

    Полностью »
  • MİNKEŞMƏ

    (Salyan) çox, həddindən artıq. – Bı yıl (il) üzüm minkeşmə olub

    Полностью »
  • MİNTƏNƏ

    (Culfa) geyim, paltar adı. – Əynində mintənəsi var

    Полностью »
  • MİR

    (Cəbrayıl) paxır. – Sərnici mir yeyib deşilib

    Полностью »
  • MİRAHAF

    (Basarkeçər) südlü horra. – Mirahaf isinib ha

    Полностью »
  • MİRCƏ

    (Göyçay) toxumdan yenicə çıxmış baramaqurdu. – Körpə mircə verillər

    Полностью »
  • MİRÇALIĞ

    (Cənubi Azərbaycan) yeməli yabanı bitki adı. – Mirçalığ, çayda çalıx, Ay nənə, mənə çit arxalıx

    Полностью »
  • MİRDO

    (Lənkəran) axmaz, gölməçə. – Mirdoda su çox var

    Полностью »
  • MİRƏSƏ

    (Kürdəmir, Quba) əriştə. – Anam pilo bişirəndə dügiyə mirəsə də qarışdıradu (Quba)

    Полностью »
  • MİRƏSFA

    (Qarakilsə) rütbəli şəxs. – Mirəsfa deyir, göndərillər gəlir mını

    Полностью »
  • MİRGƏ

    I (Salyan) pas. – Turbaları mirgə basıb II (Lerik) güvə. – Yuyilmiş yünə mirgə tez dəyər

    Полностью »
  • MİRQUTUŞ

    (Lənkəran) xörək adı (ətdən hazırlanmış turşməzə xörək). – Arvad, axşama mirqutuş pişir

    Полностью »
  • MİRMOR

    (Sabirabad) mehribanlıq

    Полностью »
  • MİRZƏ

    I (Gəncə) qayın II (Qazax) balıq adı

    Полностью »
  • MİRZƏCANI

    (Şahbuz) elti

    Полностью »
  • Mİ:S

    (Salyan) iştah. – Mi:sim çəkmədi ki, əlimi sıfrıya uzadam

    Полностью »
  • MİSKAN

    (Quba) bax mizqan I. – Miskan bir az balaca uladu, kim bilsə çaladu

    Полностью »
  • MİSQALI

    (İrəvan) üzüm növü. – Misqalının qabığı qalındı

    Полностью »
  • MİSQİ

    (Dəvəçi, Xaçmaz, Quba) xəsis, simic. – Misqi adam canına hiç yiməz, hamısını yığar saxlar (Quba); – Əhməd yaman misqi adamdı (Xaçmaz)

    Полностью »
  • MİSMİL

    (Basarkeçər, Naxçıvan) təmizkar. – Güllücə mismil qızdı (Basarkeçər)

    Полностью »
  • MİSTİ

    (Dərbənd) xışın dəstəsi. – Misti xişdə takdu

    Полностью »
  • MİŞ-MİŞ

    (Balakən) bax maş. – Bu il miş-miş da əkdix’

    Полностью »
  • MİŞALAĞLAMAĞ

    (Quba) gicişmək. – Hiç bilmidəm nə ulub, bədənim elə mişalağlandu ki

    Полностью »