is. Tamamilə həll olub həlməşik hala gələnədək suda bişirilən ət və buğdadan ibarət, adətən səhər tezdən yeyilən horra
“Həlimləşmək”dən f.is
f. Həlim olmaq, yumşalmaq (xasiyyətcə, rəftarca) (bax həlim1). Nəhayət, xan həlimləşməyə başladı, Sənəm xanımın da iztirablarını azaldıb, onu ağır bir
is. 1. Yumşaqlıq (xasiyyətcə, təbiətcə). Cahıllıqda həlimlik, qocalıqda səlimlik. (Ata. sözü). 2. Həlimliklə şəklində zərf – yumşaqlıqla, mülayimliklə
bax halqa. Yüz həlqə edib zülfipərişanını çin-çin; Hər həlqə ilə boynuma bir silsilə saldın. Qövsi. Həlqə get-gedə sıxılırdı
[ər.] klas. bax halqavari
is. [ər.] 1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma
[ər.] 1. is. xüs. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi
is. [ər.] Pambıqatan, yunatan (usta). Sən ac, mən ac, qonşu həllac. (Ata. sozü). Yunatan həllaclar burada dolanar, həftələrlə bir güzəranlı alaçıqda m
is. Pambıqatma, yunatma sənəti
sif. Bir şeyin inkişafını, gələcəyini təmin edən, həll edən. Həlledici amil. Həlledici mərhələ. // Başlıca, ümdə, əsas, ən mühüm
sif. xüs. Başqa maddəni içərisində həll edən, əridən. Kolbanı cizgiyə qədər həlledici maye ilə dəqiq surətdə doldurduqdan sonra cizgidən yuxarıda qala
sif. dan. 1. Cüvəllağı, fırıldaq, haramzadə, cəncəl. [Xan Kazıma:] Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan, … xatanı məndən sov
“Həllənmək”dən f.is
f. Nəşələnmək, xoşlanmaq, xoşallanmaq. İsti qum mənə ipək yataq kimi gəldi, uzandım, həllənməyə başladım
sif. Başqa maddələr içində həll olmayan, əriməyən
sif. Həll oluna bilməyən, yaxud həlli çox çətin olan. Həllolunmaz məsələ. – Sanki Şirzadı, yaxud Salmanı seçmək [Pərşan] üçün həllolunmaz bir müşkülə
sif. Horra halında olan, qatı, qəliz. Həlməşik kütlə. – İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir
[fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs
bağl. [fars.] 1. Üstəlik, dəxi, …da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq
zərf [fars.] Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. □ Həmağuş olmaq – bir-birini qucaqlamaq, qucaqlaşmaq
sif. və zərf [fars.] Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər. – …Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa]
is. [ər.] 1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Kor
bax haman
sif. və zərf [fars.] Səsləri birbirinə uyğun; həmahəng. □ Həmavaz olmaq – səs-səsə vermək. Gah eyləyibən sürudlər saz; Bülbüllərə oldular həmavaz
is. Səslər arasında uyğunluq, ahəng; həmahənglik
sif. [fars.] dan. Bir-birinə uyğun, münasib, bab. // məc. Sevgili, məhbubə. Könlümün sevdiyi gözəl həmbabı; Zülfləri bənd edib on dörd kitabı
is. [fars. həm və ər. cins] 1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar. 2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyn
is. Bir cinsdən olma
sif. Çəkisi bir olan, eyni ağırlıqda, çəkidə olan
bağl. [fars.] 1. Habelə, …da (…də), həm, həm də. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı
is. [ər.] din. Şükür, təşəkkür, minnətdarlıq. İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay baba, işlərimiz xeyli fənadır, demədim? C
is. [ər.] din. Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş Ruqiyyəyə:] Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də “bəsdi” de
is. [fars.] Yaxın yoldaş, yaxın dost, sirdaş. Hardasız, ey şad keçən dəmlərim; Hardasız, ey sevgili həmdəmlərim? A
is. Yaxın yoldaşlıq, sirdaşlıq, yaxın dostluq, çox yaxınlıq. Həmdəmliyim ilə ar qılma; Məndən nifrəti şüar qılma
is. [fars.] Dərdləri bir olan adamlardan hər biri, birilə bir dərddə olan. [Leyla xanım:] Həmdərdik, qardaş, qorxma, sözünü de… N
is. [fars. həm və ər. dərs] Bir sinifdə və ya bir yerdə oxuyan
is. [fars. həm və ər. din] Eyni dinə mənsub adamlardan hər biri; dindaş
sif. və zərf [fars. həm və ər. əqidə] Eyni əqidədə olan; həmməslək. Rzaquluxan ilə həməqidə olan müsyö Lui də … İran səfərinə hazırlaşmaqda idi
is. [ər.] Ərəb astronomiyasında Qoç bürcünün adı. Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxana Novruz bayra
[fars.] 1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində… N
is. [fars. həm və ər. əsr] Bir əsrdə, bir dövrdə yaşamış və ya yaşayan, bir-birinin müasiri; çağdaş, əsrdaş
is. və sif. [fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş
is. Pıçıltı, pıç-pıç. Həmhəmə başlayır div ilə pəri; Qorxudan qan olur xalqın ciyəri. Şəhriyar
sif. [fars. həm və ər. hüdud] Sərhədləri bir olan; yan-yana, bitişik, yapışıq olan; həmsərhəd. Həmhüdud dövlətlər
sif. [fars. həm və ər. hüquq] Eyni hüquqa, bərabər hüquqa malik olan; bərabərhüquqlu. Bütün xalqlar həmhüquqdurlar
is. Eyni hüquqa, bərabər hüquqa malik olma; bərabərhüquqluluq
is. [fars.] Bir evdə, bir mənzildə yaşayan adamlardan hər biri; qonşu, mənzil qonşusu. Həmxanası qarşı evdən baxaraq; Rübabəyə zilləmişdi gözünü
is. və sif. [fars. həm və ər. xasiyyət] Eyni xasiyyətdə olan, xasiyyətcə bir olan. Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar
bax həm. Həmi sağdan, həmi soldan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər. [Cahan Əsgərə:] Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavans