Толковый словарь азербайджанского языка

  • İKİNCİSİZ

    sif. İkincisi olmayan, əvəzsiz, tayı, bərabəri olmayan. [Xaspolad:] [Oqtay] Azərbaycan səhnəsinin doğma anası olan ikincisiz böyük bir sənətkar, sarsı

    Полностью »
  • İKİNDİ

    zərf Günün günorta ilə axşam arasındakı ikinci yarısı, günbatana yaxın hissəsi. İkindi çağı idi. Obada “Dursunu ayı basmış”, – deyə səs qopdu

    Полностью »
  • İKİNƏFƏRLİK

    bax ikiadamlıq

    Полностью »
  • İKİNÖVBƏLİ

    sif. İki növbədə görülən, iki növbəsi olan. İkinövbəli iş

    Полностью »
  • İKİOXLU

    sif. xüs. İki oxu olan. İkioxlu maşın. İkioxlu yük avtomobili

    Полностью »
  • İKİOTAQLI

    sif. İki otaqdan ibarət. İkiotaqlı mənzil. – …[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı

    Полностью »
  • İKİÖLÇÜLÜ

    sif. xüs. İki ölçü ilə təyin edilən

    Полностью »
  • İKİÖVRƏTLİ

    köhn. bax ikiarvadlı

    Полностью »
  • İKİÖVRƏTLİLİK

    köhn. bax ikiarvadlılıq. [Hacı Mehdi:] A kişi, bu ikiövrətlilik qəribə yaman şey imiş. Ə.Haqverdiyev

    Полностью »
  • İKİPALATALI

    sif. İki qanunverici palatadan ibarət olan. İkipalatalı parlament

    Полностью »
  • İKİPARTİYALI

    sif. İki partiyası olan. □ İkipartiyalı sistem – ölkədə inhisarçı kapitalın, hakimiyyət başında bir-birini əvəz edən iki partiyanın mövcud olması

    Полностью »
  • İKİPARTİYALILIQ

    is. Hökumət başında bir-birini əvəz edən iki siyasi partiyanın mövcud olduğu sistem

    Полностью »
  • İKİPƏNCƏRƏLİ

    sif. İki pəncərəsi olan. İkipəncərəli otaq

    Полностью »
  • İKİPƏRDƏLİ

    sif. İki hissədən, iki pərdədən ibarət olan. İkipərdəli pyes

    Полностью »
  • İKİPƏRLİ

    sif. İki pəri olan. İkipərli üzgəc (balıqda)

    Полностью »
  • İKİPİLLƏLİ

    sif. İki pilləsi olan. İkipilləli pilləkən

    Полностью »
  • İKİPLANLI

    sif. İki tərəfi, iki planı olan; iki planda yerləşmiş. İkiplanlı şəkil

    Полностью »
  • İKİPRİZMALI

    sif. riyaz. Daxilində iki prizma olan. İkiprizmalı cihaz

    Полностью »
  • İKİPUDLUQ

    sif. köhn. İki pud ağırlığında olan. İkipudluq daş. İkipudluq yük. // İki pud tutan. İkipudluq kisə. // İs

    Полностью »
  • İKİRƏQƏMLİ

    sif. riyaz. Rəqəmi iki olan. İkirəqəmli say

    Полностью »
  • İKİRƏNG

    sif. İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. İkirəngli fincan. İkirəngli parça

    Полностью »
  • İKİRƏNGLİ

    sif. İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. İkirəngli fincan. İkirəngli parça

    Полностью »
  • İKİRƏNGLİLİK

    is. İki rəngdə olma, ikirəngli şeyin halı

    Полностью »
  • İKİSAATLIQ

    sif. İki saat davam edən və ya davam etmiş, iki saat üçün müəyyən edilmiş; iki saat vaxt tələb edən. İkisaatlıq iş

    Полностью »
  • İKİSAPLI

    sif. İki dəstəsi, iki əl yerisi olan. İkisaplı mişar

    Полностью »
  • İKİSƏSLİ

    sif. mus. İki səsdə oxunan, iki səs üçün yazılmış. İkisəsli nəğmə. İkisəsli xor

    Полностью »
  • İKİSƏTİRLİK

    sif. İki sətirdən ibarət. İkisətirlik yazı

    Полностью »
  • İKİSİLİNDRLİ

    sif. xüs. İki silindri olan. İkisilindrli maşın

    Полностью »
  • İKİSİMLİ

    sif. mus. İki simi olan (çalğı aləti)

    Полностью »
  • İKİSİNİFLİ

    sif. köhn. İki sinfi olan. İkisinifli ibtidai məktəb

    Полностью »
  • İKİSORMACLILAR

    is. zool. Yastı qurdlar dəstəsi

    Полностью »
  • İKİŞAHILIQ

    is. 10 qəpiklik sikkə (pul)

    Полностью »
  • İKİŞƏKİLLİ

    sif. İki şəkli olan. İkişəkilli pyes

    Полностью »
  • İKİŞƏR

    say. İki-iki, cüt-cüt, qoşa-qoşa. Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən, yuxarı pillədəkiləri kitab, aşağ

    Полностью »
  • İKİŞƏR-İKİŞƏR

    zərf İki-iki, cüt-cüt, qoşaqoşa. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar

    Полностью »
  • İKİTAĞLI

    sif. İki tağı olan, iki tağdan ibarət. Qarşıdakı ikitağlı böyük pəncərədən gur işıq içəri dolurdu. M

    Полностью »
  • İKİTAXTA₁

    sif. köhn. İki taxtadan ibarət. İkitaxta tuman. İkitaxta yorğanüzü

    Полностью »
  • İKİTAXTA₂

    sif. İki pillədən ibarət; ikipilləli. İçəri girən kimi enli ikitaxta pilləkən qəşəngliyi, təmizliyi və zərifliyi ilə nəzəri cəlb edirdi

    Полностью »
  • İKİTAKTLI

    sif. mus. İki takt davam edən, iki takta uyğun olan. İkitaktlı pauza

    Полностью »
  • İKİTARLALI

    sif. k.t. İkitarlalıq üsulu ilə bağlı olan. İkitarlalı əkin sistemi. İkitarlalı təsərrüfat

    Полностью »
  • İKİTARLALIQ

    is. k.t. Hər il torpağın yarısını heriyə qoymaq qaydası ilə aparılan torpağı becərmə üsulu

    Полностью »
  • İKİTAYLI

    sif. İki tərəfli (laylı), iki tayı olan. İkitaylı darvaza. İkitaylı pəncərə. – Ziyafət salonunun böyük və ikitaylı qapısı birdən açıldı

    Полностью »
  • İKİTELLİ

    bax ikisimli

    Полностью »
  • İKİTƏBƏQƏLİ

    sif. İki qatdan, iki təbəqədən, iki laydan ibarət olan. İkitəbəqəli torpaq

    Полностью »
  • İKİTƏBƏQƏLİLİK

    is. İkitəbəqəli şeyin hal və keyfiyyəti

    Полностью »
  • İKİTƏKƏRLİ

    bax ikiçarxlı

    Полностью »
  • İKİTƏNƏFFÜSLÜLƏR

    is. zool. Həm qəlsəmələri, həm də ciyərləri ilə tənəffüs edən balıqlar dəstəsi

    Полностью »
  • İKİTƏRƏFLİ

    sif. 1. İki tərəfi olan. İkitərəfli cisim. İkitərəfli qapı. 2. İki istiqamətdə gedən, iki tərəfdən baş verən

    Полностью »
  • İKİTƏRKİBLİ

    sif. Tərkibi iki ünsürdən ibarət olan, cüttərkibli. İkitərkibli cümlə

    Полностью »
  • İKİTİRƏLİK

    is. Bir-birinə zidd iki dəstəyə ayrılma; təfriqə, nifaq, çəkişmə. □ İkitirəlik düşmək – nifaq düşmək, arasında ədavət düşmək

    Полностью »