Толковый словарь азербайджанского языка

  • MÖTƏRİZƏ

    is. [ər.] Kiçik şaquli xətt şəklində (düz, dairəvi və ya fiqurlu) qoşa durğu işarələrindən biri; həmin şəkildə qoşa riyazi işarələrdən biri

    Полностью »
  • MÖVC

    is. [ər.] klas. Dalğa, ləpə. Ağırağır bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. [Xortdan:] …Suyun mövcləri gəmini qoz qabığı kimi

    Полностью »
  • MÖVCİB

    is. [ər.] klas. Səbəb, bais. □ Mövcib olmaq – səbəb olmaq, bais olmaq. Cahil oğlanların qız toyuna dürtülməsi yetişmiş qızlar tərəfindən … etiraza möv

    Полностью »
  • MÖVCİBİNCƏ

    qoş. köhn. Görə, əsasən, binaən. [Şah:] Qoşunun … məvacibi qibleyialəmin fərmanı mövcibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalə olunur

    Полностью »
  • MÖVCLƏNMƏ

    “Mövclənmək”dən f.is

    Полностью »
  • MÖVCLƏNMƏK

    f. klas. Mövcə gəlmək, dalğalanmaq, ləpələnmək. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi

    Полностью »
  • MÖVCUD

    sif. [ər.] 1. Var olan, göz qabağında olan, hazırda olan. Mövcud imkanlar daxilində. Mövcud quruluş. – Quşun … gözəlliyini təsvir etməyə nə mövcud rən

    Полностью »
  • MÖVCUDAT

    top. [ər. “mövcud” söz. cəmi] Var olan bütün şeylər; varlıqlar, kainat. Qüvvəyə bağlıdır aləmdə həyat; Qüvvədən nəşət edir mövcudat

    Полностью »
  • MÖVCUDİYYƏT

    [ər.] bax varlıq 1-ci mənada

    Полностью »
  • MÖVCUDLUQ

    is. Mövcud olma; mövcudiyyət, varlıq,

    Полностью »
  • MÖVHUM

    sif. [ər.] Əslində olmayıb xəyala gətirilən, xəyalda törəyən. Mövhum qüvvələr. – [Əşrəf] həm də mövhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında

    Полностью »
  • MÖVHUMAT

    is. [ər. “mövhum” söz. cəmi] 1. Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər; xəyalat. 2. İnsanları cəhalətdə saxlayan dini görüşlər; xurafat, fanat

    Полностью »
  • MÖVHUMATÇI

    is. və sif. Dini mövhumata qapılmış (adam), mövhumata inanan (adam). [Yaşlı kişi:] …O zaman məni əhatə edən mühit mövhumatçı olduğu kimi, mövhumatçı b

    Полностью »
  • MÖVHUMATÇILIQ

    is. Mövhumata inanma; fanatizm

    Полностью »
  • MÖVHUMATPƏRƏST

    [ər. mövhumat və fars. …pərəst] bax mövhumatçı. Şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı [Məhərrəmi] sıxdığından bu mühitdən uzaqlaşmaq üçün

    Полностью »
  • MÖVQE

    is. [ər.] 1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer. 2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti

    Полностью »
  • MÖVQİF

    is. [ər.] köhn. Duracaq yer, dayanacaq, stansiya. Çaparların vəzifəsi dəmiryol mövqifindən gəlib şəhərə və şəhərdən gəlib mövqifə gedən poçtu müşayiət

    Полностью »
  • MÖVQUF

    sif. [ər.] 1. din. Vəqf olunmuş, vəqf üçün ayrılmış (bax vəqf). 2. klas. Varlığı başqa bir şeyin varlığından asılı olan; asılı, bağlı, əlaqəli, əlaqəd

    Полностью »
  • MÖVQUFAT

    is. [ər. “mövquf” söz. cəmi] Vəqf edilmiş mal, mülk və s. Bunların qışda odunu mövqufatdan verilir. Ə

    Полностью »
  • MÖVLA

    is. [ər.] klas. Allah, yaradan, tanrı. Hər kimin ki mövla olur köməyi; Nə işi var sultan ilə, xan ilə

    Полностью »
  • MÖVLANA

    is. [ər.] İslam şərqində bəzi görkəmli alim və şairlərə hörmət əlaməti olaraq verilən ad. [Əntiqfüruş:] Aha, indi anladım, ey müsafir, haqlısan! Mövla

    Полностью »
  • MÖVLƏVİ

    sif. [ər.] XIII əsrdə Türkiyədə Mövlana Cəlaləddin Rumi tərəfindən əsası qoyulmuş həmin adlı təriqətə mənsub adam (dərviş)

    Полностью »
  • MÖVLUD

    is. [ər.] klas. Doğulmuş, anadan olmuş. □ Mövlud bayramı – Məhəmmədin anadan olma günü (müsəlmanların dini bayramı)

    Полностью »
  • MÖVSÜM

    is. [ər.] 1. İlin dörd fəslindən hər biri; fəsil. Payız mövsümü. – Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad, uşaq qalmış kənddə

    Полностью »
  • MÖVSÜMÇÜ

    is. Mövsüm işlərində işləyən fəhlə, daimi deyil, mövsümlə işləyən işçi

    Полностью »
  • MÖVSÜMÇÜLÜK

    is. Daimi, müntəzəm deyil, mövsümdən-mövsümə aparılan iş üsulu. Mövsümçülüklə mübarizə

    Полностью »
  • MÖVSÜMİ

    sif. [ər.] 1. Müəyyən mövsümlə bağlı olan, mövsüm üçün olan. Mövsümi palto. – [Zahidoğlu] bu gün öz nazik yay paltarından heç birini geyməli olmadı, m

    Полностью »
  • MÖVSÜMQABAĞI

    sif. Mövsümün (2-ci mənada) yaxınlaşması ilə əlaqədar, bağlı. Mövsümqabağı işlər

    Полностью »
  • MÖVSÜMLÜK

    sif. Bir mövsüm üçün olan, mövsümlə əlaqədar olan. Mövsümlük yığım norması

    Полностью »
  • MÖVT

    is. [ər.] klas. Ölüm, vəfat. Mövtünlə şad olurmu bu qəddar düşmənin; Ölsən də sən ürəklərimizdir nişimənin

    Полностью »
  • MÖVÜC

    is. Qurudulmuş üzüm. Yaqub mövücdən götürüb, dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev

    Полностью »
  • MÖVÜCALAN

    is. Üzüm, əncir və s. qurudulan yer. Baba bağın bir guşəsində mövücalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın

    Полностью »
  • MÖVÜCÜ

    is. Əsasən mövüc qurutmaq üçün işlədilən irigiləli üzüm növü. Baba isə xatını, … əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı

    Полностью »
  • MU

    is. [fars.] klas. Saç, tük, tel. Saçına uymuş xəyalım çünki ənbərbu kimi; Ol səbəbdən incəlib qəddim olubdur mu kimi

    Полностью »
  • MUÁR

    [fr.] 1. İşıq düşəndə müxtəlif rəngli çalarlar verən sıx toxunmuş ipək və ya yarımipək parça. 2. Səthində basma naxışları olan kağız

    Полностью »
  • MUÁVR

    is. [xüs. is.-dən] Triqonometrik şəkildə olan kompleks ədədi n-ci qüvvətə yüksəltmək üçün düstur

    Полностью »
  • MUCUL

    is. 1. Közərdilmiş dəmirin üst qabığı. 2. dan. Yanma, yanıb yığılma, büzüşmə. □ Mucul olmaq – mucullamaq

    Полностью »
  • MUCULLANMA

    “Mucullanmaq”dan f.is

    Полностью »
  • MUCULLANMAQ

    f. Yanıb yığılmaq; büzüşmək, yığılmaq. Yun yanıb mucullandı

    Полностью »
  • MÚFEL

    is. [alm.] Sənayedə işlədilən elektrik və ya alovlu qızdırıcı soba

    Полностью »
  • MUFLÓN

    is. [fr.] Qoyun növü; dağ qoyunu

    Полностью »
  • MUFTA

    [alm.] 1. tex. Val, boru və s. kimi silindrik şeyləri bir-birinə rəbt etmək üçün metal halqa, bilərzik

    Полностью »
  • MUĞ

    is. [fars.] tar. Zərdüşt dininə mənsub adam; atəşpərəst, məcusi

    Полностью »
  • MUĞAM

    is. [ər. məqam – mövqe] mus. 1. Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi

    Полностью »
  • MUĞAMAT

    [ər. “məqam” söz. cəmi] Muğam tərzində olan havalar. Muğamat çalmaq. – Xanəndə muğamat ilə bəyi təbrik edən əşarı oxuyur

    Полностью »
  • MUĞAMATÇI

    1. is. Əsasən muğam oxuyan xanəndə. 2. bax muğamatşünas

    Полностью »
  • MUĞAMATŞÜNAS

    is. [ər. məqamat və fars. …şünas] Muğamatları yaxşı bilən musiqişünas. O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi

    Полностью »
  • MUĞAMVARİ

    sif. Muğama oxşayan, muğam tərzində olan. Muğamvari melodiya

    Полностью »
  • MUĞAYAT

    [ər. müqəyyəd] : muğayat olmaq – qorumaq, gözü üstündə olmaq, zərər toxunmağa qoymamaq, göz olmaq. Uşaqdan muğayat ol

    Полностью »
  • MUXRU

    is. məh. Böyük uzun alaçıq. Comərd dəstəni lap kənardakı tək muxruya tərəf çəkdi. Ə.Abasov

    Полностью »