AMAN I is. [ ər. ] Əmin-amanlıq, dinclik; imkan; yardım. Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! (S
AMFİBİYA I is. [ yun. ] zool. Həm quruda, həm də suda yaşayan heyvan. AMFİBİYA II is. [ yun. ] tex. Quruda və suda gedən maşın (tank və ya avtomobil)
AMİL I is. [ ər. ] Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, səbəbi. 1907-ci sənədən bəri Azərbaycan türkləri arasında milli opera əmələ gəlməsin
AN I is. [ ər. ] Ən cüzi bir zaman, ləhzə. Mənim xatırımdan pozulmamışdır; Gənclik günlərimin əziz anları (B
ANALIQ I is. Ögey ana, doğma olmayan ana. Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır (Çəmənzəminli)
ANCAQ I bağ. Qarşılıq bildirən tabesiz bağlayıcı. O nə isə soruşmaq istəyirdi, ancaq utanırdı (Ə.Vəliyev)
ANSAMBL I is. [ fr. ] Artistlər dəstəsi. Çalır xalq çalğı alətləri ansamblı. ANSAMBL II is. [ fr. ] Ahəng, uyğunluq
APARAT I is. [ lat. ] tex. Alət, cihaz, qurğu. Bütün laboratoriya müdirlərinin otağında – masanın üstündə qara bir telefon aparatı var (Anar)
ARA I is. İki şey arasındakı məsafə, boşluq, ortalıq. Çalışaq girməsin yadlar araya (S.Rüstəm). ARA II is
ARD I is. Arxa, dal, hər şeyin geri tərəfdə olan yeri. Günəş çəkilərkən dağlar ardına; Üfüqlər qarardı, sular qarardı (S
ARXA I is. İnsanın, heyvanın dalı, beli. Mən arxam dənizə tərəf oturdum (Anar). ARXA II is. Kömək, havadar, dayaq
ARI I is. Zərqanadlılar fəsiləsindən olub, bal hasil edən cücü. Yaz vaxtları pətəklərin ağzı açılanda arılar bağlara səpələnirdilər (Ə
ARPALIQ I is. Arpa səpmək üçün yararlı yer. ARPALIQ II is. term. Atın azı dişlərindəki çökəklik, çuxur
ARTIQ I is. Bütün ehtiyac təmin olunduqdan sonra qalan şey, qalıq. [ Hacı Səməd ağa: ] Hər kəs hər nə qazansa, yediyini yeyir, artığını da gizləyir (Ə
ARTIRMA I is. Eyvan, balkon. O, artırmaya qədəm qoycaq gözü mənə sataşdı (S.Qədirzadə). ARTIRMA II is
ARTİKUL I is. [ lat. ] Malın, məmulatın tipi. ARTİKUL II is. [ lat. ] ter. Hərbi qanun, müqavilə və sənədlərdə bənd
AS I is. [ ər. ] Kart oyununda: tuz, təkxallı qumar kağızı. AS II is. [ ər. ] Mahir təyyarəçi. AS III sif
ASMA I is. Paltar asmaq üçün qarmaq, paltarasan. Boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı (S
ASMAQ I f. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Mən əvvəl sarı paltonu alıb altdan asardım (Anar)
AŞ I is. Xörək, plov. Bayram aşıdır, indicə Qönçəbəyim gətirdi (S.Qədirzadə). AŞ II is. Dərini, gönü aşılayıb hazırlamaq üçün maddə
AŞIQ I is. [ ər. ] Yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq, bədii qiraət və rəqs sənətlərini üzvi surətdə birləşdirən xalq sənətkarı
AŞIQLIQ I is. Aşıq sənəti. Çıxdım aşıqlığa, düşdüm ellərə; Aşıqlardan san almağa gəlmişəm (Aşıq Vəli)
AŞIRMA I is. Şalvara bənd edilən lentşəkilli qoşa bağ; şalvar asmalığı. [ Fətullayev ] …elə faytonun içindəcə uzun şinelinin üstündən bağladığı onaçıl
AŞIRMAQ I f. Qaldırıb qoymaq, yükləmək, keçirmək. Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı (S
AŞLIQ I sif. Aş üçün, plov üçün yararlı. Aldığım düyü əsil aşlıq düyüdür. AŞLIQ II sif. Aşa qoymaq üçün yararlı
AŞMAQ I f. Keçmək; düşmək; çıxmaq. Oradan çıxıb erməni küçələrinə aşdılar (M.F.Axundzadə). AŞMAQ II f
AŞNA I is. [ fars. ] Dost, yaxın, tanış, yoldaş. Gör aşnam özünü kimlərnən yan-yana qoyur (Anar). AŞNA II is
AT I is. Qoşulan və minilən ev heyvanı. O, Feyzini səsləyib iki saz at yəhərləməsini tapşırdı (B.Bayramov)
ATALIQ I is. Ögey ata. Rusca əlifba savadımı da atalığımdan öyrənmişdim (Ə.Haqverdiyev). ATALIQ II is
ATƏŞ I is. [ fars. ] Od, ocaq. Payızdır, elə bil soyumuş günəş; Daha tarlalara tökməyir atəş (B.Azəroğlu)
ATLANMAQ I f. Ata minmək. Sübh atlanıb, günortaya özümü Əhmədqalaya yetirdim (Ə.Haqverdiyev). ATLANMAQ II f
AVAR I is. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. AVAR II is. Dağıstanda yaşayan xalqlardan birinin adı
AVARA I is. [ fars. ] İşsiz-gücsüz adam, sərsəri. Sən demə, başqa yerdə arvadı, qızı varmış; onları başsız qoyub qaçmış bu avara (S
AY I is. astr. Planet, göy cisimlərindən biri. Ay da, göy də sarı bir heyva kimi; Durur hərəkətsiz səhərə kimi (S
AYAR I is. dan. Barama, pambıq və s. bu kimi xammallardan əldə edilən xalis malın miqdarı. AYAR II is
AYLIQ I is. dan. Maaş, əməkhaqqı. Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil (M
AYNALI I is. köhn. Patronu üstdən qoyulan təklülə tüfəng. Nəbi cəld ayağa qalxıb, dirəkdən asdığı aynalını götürdü (“Qaçaq Nəbi”)
AYPARA I is. Bir-iki günlük ay. Göydə yanır aypara; İşıq düşür yollara (B.Vahabzadə). AYPARA II is. köhn
AYRI I sif. Başqa, qeyri, digər. Öz ləyaqətimi qorumaq üçün ayrı yol tapmadım (S.Qədirzadə). AYRI II zərf Tək, müstəqil
AZ I say Sayca çox olmayan, cüzi. Ayrı cür olsaydı, seximiz iyirmi iki metr az parça toxuyacaqdı, başa düşürsənmi? (S
AZAD I is. [ fars. ] bot. Bərk oduncaqlı ağac növü
AZAD II sif. [ fars. ] Başqasından asılı olmayan, sərbəst. Ey azad gün, azad insan; Doyunca iç bu bahardan! (S
AZI I is. Ağzın hər iki tərəfində arxa hissədə yerləşən əsas dişlər. AZI II ədat Ən cüzi, minimum. Ən kiçik dərdi də azı min kərə; Saldı ürəyinə hər
BAB I is. [ ər. ] köhn. Fəsil, bölmə (əsərdə). Gər şərh edərsəm ayəti hüsnün kitabini; Hər bab içində fəslinə yüz bin füsul ola (İ
BABA I is. Atanın, ya da ananın atası. O qoca babası saç-saqqalı ağ; Səlimi özünə sanırdı dayaq (A.İldırım)
BABALI I is. Günah. Biz də istifadə edərik, babalı onların boynuna vəssalam (M.İbrahimov). BABALI II sif
BABI I is. [ fars. ] XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam
BADALAQ I is. Sərbəst güləş zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. Mən onu üzəndə dostum badalaq vurub məni üzü üstə
BADAMLI I is. Müalicə üçün içilən su. Azərbaycanda istehsal olunan mineral sulardan biri də badamlıdır
BAĞ I is. Meyvə ağacları əkilmiş sahə. Alma bağı. BAĞ II is. Bağlamaq üçün ip, kəndir. Ayaqqabının bağı