AZO…

азо … (составная часть названий ряда химических соединений, содержащих азот)
AZNOUR
AZOBİRLƏŞMƏLƏR
OBASTAN VİKİ
Azobisizobutironitril
Azobisisobutyronitril (azobisizoyağ turşusunun dinitrili, AIBN, ДАК) – azo birləşmələri və nitrillər sinfinə aid üzvi maddədir. Radikal polimerləşmənin və digər radikal reaksiyaların tinisiatoru kimi istifadə olunur. Molekul kütləsi 164.21 q/mol Görünüşü ağ kristallar Azobisisobutyronitril ağ toz olub, metanolda, etanolda həll olur, suda həll olmur. 0 °C-də metanolda həllolma 1,8 q/100 ml, 20 °C-də - 5 q/100 ml, 40 °C-də - 16 q/100 ml-dir. 0 °C-də etanolda həllolma 0,6 q / 100 ml, 20 °C-də - 2 q/100 ml, 40 °C-də - 7 q/100 ml-dir. Aseton, benzol, toluol, DMSO və DMFA üçün 20 °C-də həllolma 100 q həllediciyə müvafiq olaraq 28, 10, 4.6, 7.2 və 19.8 q bərabərdir. Qızdırıldıqda, aşagıdakı sxemə uyğun olaraq sərbəst radikallara parçalanır: Azobisizobutronitril aseton, natrium siyanid və hidrazin sulfatdan 2,2'-siyanohidrazo-bis-propan vasitəsilə alınır [1]. Radikal polimerləşmənin inisiatoru [2] Barton reaksiyasında birgə inisiator [3] Will-Ziegler reaksiyasında inisiator [3] Daud reaksiyasında birgə inisiator [3] Weena-Stork reaksiyasında birgə inisiator [3] Azobisisobutyronitril yüksək dərəcədə zəhərlidir. Benzoil peroksiddən daha az partlayıcıdır. [1] Синтезы органических препаратов.
Azobisizobutronitril

Azon zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. 2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.
Azonallıq
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor adaları zəlzələsi (1980)
Azor adaları zəlzələsi (1980) — Portuqaliyanın Azor adalarında 1 yanvar 1980-ci ildə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 41 nəfər ölmüş, 600 nəfər yaralanmış, Terseyra və San Corci adalarında böyük dağıntılar baş vermişdir. Rixter şkalasına görə 7.2 bal gücündə olan zəlzələ Piko və Fayal adalarına da zərər vermişdir. Bu zəlzələ tektonik zonada yaranmışdır. Zəlzələ səbəbi ilə dövrün Portuqaliya prezidenti Ramalyu Eaniş ölkədə 3 günlük matəm elan etmişdir. Portuqaliya Hava Qüvvələri tərəfindən başladılan xilas işlərinə daha sonra başqa qurumlar qatıldı. Zəlzələ 1950-ci ildən sonra Azor adalarında baş vermiş ən güclü zəlzələdir. Vulkanik mənşəli olan Azor adaları tektonik bir zonada yerləşir.
Azor adası
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor antisiklonu
Azor ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Azot-1 oksid
Azot-1 oksid duz əmələ gətirməyən oksiddir Diazot-monoksid və ya azot 1-oksid (N2O) ilk dəfə 1772-ci ildə Cozef Pristli tərəfindən alınmışdır və onu azaldılmış azot havası adlandırmışdır. Texniki adı şadlandırıcı-şənləndirici qazdır. Bu da onun keyləşdirici xüsusiyyətə malik olması ilə əlaqədardır. Tərkibində N2O olan hava ilə tənəffüs etdikdə əvvəlcə oyadıcı təsir göstərir, sonra isə keyləşmə baş verir. N2O-nun keyləşdirici təsirini ilk dəfə 1799-cu ildə məşhur ingilis alimi H. Devi müəyyən etmişdir. Belə ki, N2O qarışmış hava ilə tənəffüs etdikdə diş ağrısı aradan qalxır. Devinin bununla bağlı bir çox maraqlı təcrübələri var. Bundan yarım əsr sonra 1844-cü ildə amerikalı diş həkimi X. Uells dişlərin çıxarılmasında N2O- dan ağrıkəsici vasitə kimi istifadə etmişdir. Hazırda diazot-oksidindən miokard (ürəyin əzələ qişası) infarktının əməliyatında ağrıkəsici kimi (80% N2 və 20% O2) istifadə edilir. N2O rəngsiz, xoşagələn zəif iyli, şirintəhər qazdır.
Azot dövranı
Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər. İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir.
Azot flüorid
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. Azot flüoru spesifik iyə malik şəffaf qazdır. NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot flüoru

Azot oksidləri
Azot oksidləri — N2 rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. Oksigenə nisbətən suda az həll olur: 20°C-də (0,1 MPa) 1 l suda 15,4 ml azot həll olur. 0,1 MPa təzyiqdə və −196°C-də azot mayeləşir. N2 molekulunun quruluşu. Azot molekulunun quruluş formulu N ≡ N, elektron formulu isə : N ⋮⋮ N : kimidir. Molekulda üçqat rabitə çox davamlı rabitədir. Bu rabitələrdən biri σ -, ikisi isə π-rabitədir. Hər üç rabitənin elektron sıxlığı atomlar arasında simmetrik paylandığından N2 molekulu qeyri-polyardır. Bor-nitrit (BN) 3000°C-də əriyir və bərkliyinə görə almaza oxşardır. Nitritlər ammonyakın alınması ilə hidrolizə uğrayır Azotun 8 oksidi N2O, NO, N2O3, NO2, N2O4, N2O5, NO3, N2O6 və 6 oksigenli turşusu məlumdur: H2N2O2, H2N2O3, H2NO2, HNO2, HNO3 və HNO4.
Azot əsasları
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotobakter
Azotobakter — sərbəst yaşayan aerob bakteriyalardır. Turş olmayam və yaxşı aerasiyaya malik olan topraqlarda yaşayaraq, atmosfer azotunu mənimsəyir. Azotobakter, karbon birləşmələri menbeyi kimi torpağın üzvi birləşmələrindən istifadə edir. Mineral birləşmələri isə torpaqdan alır. Azotobakter torpaqda ilk dəfə 1901-ci ildə M. Beyernik tərəfindən alınmışdır. Azotobakter bütün torpaqlarda geniş yayılmışdır və azot dövranında mühüm rol oynayır. Turş və əhəngdən kasıb olan torpaqlarda azotobakter az olur. Azotobakterin — paxlalılar fəsiləsindən olmayan bitkilər üçün yararlı olan bakterial gübrədir. Azotobakterinlə toxum qarışdırılıb əkilir. Ən yaxşı tərəvəz və kartofa təsir edir.
Azotobakteriyalar
Azotobakteriyalar — havadan sərbəst azotu fiksə edə bilən bakteriyalar. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azotofil
Azotofil — azotla zəngin torpaqda yaşayan bitkilər. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Azov-Sivaş Milli Təbiət Parkı
Azov-Sivaş Milli Təbiət Parkı (ukr. Азово-Сиваський національний природный парк) — Ukraynada Sivaş körfəzinin qərb hissəsinin şimalını və Ukraynanın Xerson vilayətinin ərazisindəki Biruçi adası dilini əhatə edən milli park. 25 fevral 1993-cü ildə yaradılmışdır. Sahəsi 52,154 hektardır. 1923-cü ildə Çuryuk adası Askaniya-Nova qoruğunun bir hissəsi olmuşdur. 1927-ci ildə Askaniya-Nova qoruğunda Şimali Qara dəniz bölgəsinin, Sivaş körfəzi və Azov dənizinin ayrı-ayrı hissələrini əhatə edən Primorski dili qoruğu yaradıldı. 1933-cü ildə Primorski dili qoruğu müstəqil bir qurum olmuş, sonra 1937-ci ildə onun əsasında yeni qoruqlar yaradılmışdır: Qara dəniz və Azov-Sivaş. 1957-ci ildə Ukrayna SSR Nazirlər Sovetinin sərəncamı ilə Azov-Sivaş qoruğu Azov-Sivaş Dövlət Qoruğu və Ovçuluq Təsərrüfatı kimi yenidən təşkil edilmişdir. Bura Sivaş körfəzindəki adalar və adaların ətrafındakı su sahəsi, Biryuçi adasının ətrafındakı dəniz zolağı daxil idi. Azov-Sivaş Milli Təbiət Parkı Ukrayna Prezidentinin 25 fevral 1993-cü il tarixli 62 nömrəli Fərmanı ilə Azov-Sivaş Dövlət Qoruğunun və Ovçuluq Təsərrüfatının onun hüdudları daxilində yenidən təşkili yolu ilə yaradılmışdır.