AZO…

азо … (составная часть названий ряда химических соединений, содержащих азот)
AZNOUR
AZOBİRLƏŞMƏLƏR
OBASTAN VİKİ
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. 2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.
Azobisizobutironitril
Azobisisobutyronitril (azobisizoyağ turşusunun dinitrili, AIBN, ДАК) – azo birləşmələri və nitrillər sinfinə aid üzvi maddədir. Radikal polimerləşmənin və digər radikal reaksiyaların tinisiatoru kimi istifadə olunur. == Fiziki xassələri == Molekul kütləsi 164.21 q/mol Görünüşü ağ kristallar == Xassələri == Azobisisobutyronitril ağ toz olub, metanolda, etanolda həll olur, suda həll olmur. 0 °C-də metanolda həllolma 1,8 q/100 ml, 20 °C-də - 5 q/100 ml, 40 °C-də - 16 q/100 ml-dir. 0 °C-də etanolda həllolma 0,6 q / 100 ml, 20 °C-də - 2 q/100 ml, 40 °C-də - 7 q/100 ml-dir. Aseton, benzol, toluol, DMSO və DMFA üçün 20 °C-də həllolma 100 q həllediciyə müvafiq olaraq 28, 10, 4.6, 7.2 və 19.8 q bərabərdir. Qızdırıldıqda, aşagıdakı sxemə uyğun olaraq sərbəst radikallara parçalanır: == Alınması == Azobisizobutronitril aseton, natrium siyanid və hidrazin sulfatdan 2,2'-siyanohidrazo-bis-propan vasitəsilə alınır [1]. == Tətbiqi == Radikal polimerləşmənin inisiatoru [2] Barton reaksiyasında birgə inisiator [3] Will-Ziegler reaksiyasında inisiator [3] Daud reaksiyasında birgə inisiator [3] Weena-Stork reaksiyasında birgə inisiator [3] == Toksikologiya və təhlükəsizlik == Azobisisobutyronitril yüksək dərəcədə zəhərlidir. Benzoil peroksiddən daha az partlayıcıdır. == Qeyd == [1] Синтезы органических препаратов.
Azot flüorid
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. == Fiziki xassələri == Azot flüoru spesifik iyə malik şəffaf qazdır. == Alınması == NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. == Ədəbiyyat == John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot flüoru
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. == Fiziki xassələri == Azot flüoru spesifik iyə malik şəffaf qazdır. == Alınması == NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. == Ədəbiyyat == John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot oksidləri
Azot oksidləri — N2 rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. Oksigenə nisbətən suda az həll olur: 20°C-də (0,1 MPa) 1 l suda 15,4 ml azot həll olur. 0,1 MPa təzyiqdə və -196°C-də azot mayeləşir. == Molekul quruluşu == N2 molekulunun quruluşu. Azot molekulunun quruluş formulu N ≡ N, elektron formulu isə : N ⋮⋮ N : kimidir. Molekulda üçqat rabitə çox davamlı rabitədir. Bu rabitələrdən biri σ -, ikisi isə π-rabitədir. Hər üç rabitənin elektron sıxlığı atomlar arasında simmetrik paylandığından N2 molekulu qeyri-polyardır. === Bor nitratı === Bor-nitrit (BN) 3000°C-də əriyir və bərkliyinə görə almaza oxşardır. Nitritlər ammonyakın alınması ilə hidrolizə uğrayır == Azot oksidlərinin siyahısı == Azotun 8 oksidi N2O, NO, N2O3, NO2, N2O4, N2O5, NO3, N2O6 və 6 oksigenli turşusu məlumdur: H2N2O2, H2N2O3, H2NO2, HNO2, HNO3 və HNO4.
Azot əsasları
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotlu gübrələr
Tərkibində azot qida elementi olan gübrələrə - azotlu gübrələr deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == Növləri == Azotlu gübrələr sadə, mürəkkəb və qarışıq olur. === Sadə azotlu gübrələr === Sadə azotlu gübrələrə misal olaraq natrium-nitratı, ammonium nitratı, maye ammonyakı, ammonyaklı suyu, sidik cövhərini CO(NH2)2 göstərmək olar. === Mürəkkəb azotlu gübrələr === Mürəkkəb azotlu gübrələrə misal olaraq ammofosu NH4H2PO4 (ammoniumdihidrofosfat), diammofosu (NH4)2HPO4 (ammoniumhidrofosfat), kalium şorasını KNO3 və s. göstərmək olar. === Qarışıq azotlu gübrələr === Qarışıq azotlu gübrələrdən ammofoskanı (NH4)2HPO4 + NH4H2PO4 + KCl) və nitrofoskanı (NH4H2PO4+ NH4NO3 + KCl) == Digər qrupları == Digər təsnifata əsasən azotlu gübrələri aşağıdakı qruplara bölürlər: === Şoralar === Bunlara - KNO3, NaNO3, NH4NO3 aiddir.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotobakter
Azotobakter - sərbəst yaşayan aerob bakteriyalardır. Turş olmayam və yaxşı aerasiyaya malik olan topraqlarda yaşayaraq, atmosfer azotunu mənimsəyir. Azotobakter, karbon birləşmələri menbeyi kimi torpağın üzvi birləşmələrindən istifadə edir. Mineral birləşmələri isə torpaqdan alır. Azotobakter torpaqda ilk dəfə 1901-ci ildə M.Beyernik tərəfindən alınmışdır. Azotobakter bütün torpaqlarda geniş yayılmışdır və azot dövranında mühüm rol oynayır. Turş və əhəngdən kasıb olan torpaqlarda azotobakter az olur. == Azotobakterin == Azotobakterin - paxlalılar fəsiləsindən olmayan bitkilər üçün yararlı olan bakterial gübrədir. Azotobakterinlə toxum qarışdırılıb əkilir. Ən yaxşı tərəvəz və kartofa təsir edir.
Azotobakteriyalar
Azotobakteriyalar — havadan sərbəst azotu fiksə edə bilən bakteriyalar. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azotofil
Azotofil — azotla zəngin torpaqda yaşayan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Azov-Sivaş Milli Təbiət Parkı
Azov-Sivaş Milli Təbiət Parkı (ukr. Азово-Сиваський національний природный парк) — Ukraynada Sivaş körfəzinin qərb hissəsinin şimalını və Ukraynanın Xerson vilayətinin ərazisindəki Biruçi adası dilini əhatə edən milli park. 25 fevral 1993-cü ildə yaradılmışdır. Sahəsi 52,154 hektardır. == Tarixi == 1923-cü ildə Çuryuk adası Askaniya-Nova qoruğunun bir hissəsi olmuşdur. 1927-ci ildə Askaniya-Nova qoruğunda Şimali Qara dəniz bölgəsinin, Sivaş körfəzi və Azov dənizinin ayrı-ayrı hissələrini əhatə edən Primorski dili qoruğu yaradıldı. 1933-cü ildə Primorski dili qoruğu müstəqil bir qurum olmuş, sonra 1937-ci ildə onun əsasında yeni qoruqlar yaradılmışdır: Qara dəniz və Azov-Sivaş. 1957-ci ildə Ukrayna SSR Nazirlər Sovetinin sərəncamı ilə Azov-Sivaş qoruğu Azov-Sivaş Dövlət Qoruğu və Ovçuluq Təsərrüfatı kimi yenidən təşkil edilmişdir. Bura Sivaş körfəzindəki adalar və adaların ətrafındakı su sahəsi, Biryuçi adasının ətrafındakı dəniz zolağı daxil idi. Azov-Sivaş Milli Təbiət Parkı Ukrayna Prezidentinin 25 fevral 1993-cü il tarixli 62 nömrəli Fərmanı ilə Azov-Sivaş Dövlət Qoruğunun və Ovçuluq Təsərrüfatının onun hüdudları daxilində yenidən təşkili yolu ilə yaradılmışdır.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Azov (dəqiqləşdirmə)
Azov
Azov (xətt gəmisi, 1826)
"Azov" (rus. Азо́в) — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi. == Tarixi == "Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır.
Azov donanması
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerlşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qaradənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Azov flotu
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov hərbi donanması
Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad. == Tarixi == === Çar Rusiyası === Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur. === Vətəndaş müharibəsi === Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir. === İkinci Dünya müharibəsi === Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. == Tarixi == 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Azov kişi gimnaziyası
Kişi gimnaziyası — Azov şəhərində yerləşən gimnaziya binası. İki mərtəbədən ibarət olan bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azovda kişi gimnaziyası 1877-ci ildə II Aleksandrın əmrinə əsasən təsis edilmişdir. İnqilaba qədər gimnaziya və progimnaziyalar orta təhdil məktəbi olaraq götürülürdü. Sonrada bu progimnaxiyaya gimnaziya statusu verilmişdir. Bu təhsil müəssisəsinə əsasən 8-10 yaş arası uşaqlar təhsil alırdı. Gimnaziyada rus, fransiz, yunan, latın və alman dilləri, din, riyaziyyat, tarix, fizika və s fənlər keçilirdi.. Gimnaziyada oxiyan şagirdlərin mavi paltarları vardı ki, onunda üzərində gemüşü düymələr olurdu. Paltarın yaxalığında Azov gimnazoyasının baş hərfləri yazılmışdı - «AG». XIX əsin əvvəllərində Azovda qızlar gimnaziyası təşkil edilmişdir.
Azov oturacağı
Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda Osmanlı və Krım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə. == Tarixi == Rusiyanın cənub bölgələrinə basqınlar edən Krım və Noğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır.