AĞBAŞ

1. прил. кьил лацу (рехи), кьил (чӀарар) лацу хьанвай (мес. паб); 2. сущ. куьгьн. кьилел чалма (сирих) алайди, мулла, ахунд.
AĞBALIQ
AĞBAŞLI
OBASTAN VİKİ
Ağbaş
Ağbaş (Şabran)
Ağbaş (Şabran)
Ağbaş – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur-Abşeron kanalının kənarında, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmış İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir. == Əhalisi == Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Ağbaş (Ərdəbil)
Ağbaş (fars. اقباش‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (27 ailə).
Ağbaş bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. == ABŞ-nin milli quşu == Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Ağbaş siçanaoxşar
Ağbaş siçanaoxşar (lat. Colius leucocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Ağbaş susüpürən
Ağbaş susüpürən (lat. Sterna trudeaui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Aşağı Ağbaş
Aşağı Ağbaş — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir.
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Yuxarı Ağbaş (Qəmərli)
Yuxarı Ağbaş — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.12.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur. Ermənilər 1828-1829-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Ağbaşlar
Ağbaşlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ağbaşlar kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Cavanşir Abdullayev adına Ağbaşlar kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Ağbaşlar kənd tibb məntəqəsi yerləşir.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbaşlı kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.

Значение слова в других словарях