Aşağı Ağbaş — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
kənd | |
Aşağı Ağbaş | |
---|---|
40°02′21″ şm. e. 44°32′30″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 930 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim türk mənşəli ağbaş etnonimi[4][5] əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir[6].
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 11 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır [7].