1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək.
// Qurumaq. Palçıq bərkiyibdir.
2. məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində orqanizm bərkiyir. Mübarizədə bərkimək.
3. Artmaq, tezləşmək, cəldləşmək, yeyinləşmək. Avtomobilin sürəti bərkidi. Getdikcə addımlar bərkidi.
4. məc. Mərhəmətsiz olmaq, sərtləşmək. Ürəyi bərkimək. Xasiyyəti bərkimək.
5. Şiddətlənmək, artmaq, güclənmək. Külək bərkidi. Yağış bərkidi. Öskürəyi daha da bərkidi.
◊ Bərkiyib durmaq – inad etmək, qəti durmaq, dediyindən, tələbindən əl çəkməmək.