BƏSTƏKAR

сущ. композитор. Gənc bəstəkar молодой композитор, dahi bəstəkar гениальный (великий) композитор
BƏSTƏBOY
BƏSTƏKARLIQ
OBASTAN VİKİ
Aleksandr Aleksandrov (bəstəkar)
Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883, Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[…], Berlin, Sovet işğalı zonası[d]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir. == Həyatı == Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir.
Anatoli Aleksandrov (bəstəkar)
Andrey Petrov (bəstəkar)
Andrey Pavloviç Petrov (2 sentyabr 1930, Leninqrad[d] – 15 fevral 2006, Sankt-Peterburq) — məşhur sovet-rus kino bəstəkarı. == Həyatı == Andrey Pavloviç Petrov 2 sentyabr 1930-cu ildə Sankt-Peterburqda anadan olub. Rusiyanın tanınmış bəstəkarıdır. 15 fevral 2006-cı ildə dünyasını dəyişib.
Faiq Nağıyev (bəstəkar)
Hüseyn Abdullayev (bəstəkar)
Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat. == Həyatı == Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb. 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb. 1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. == Həyatı == Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Məmməd Quliyev (bəstəkar)
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir. 60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir. Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir. İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur. Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.
Məmməd Ələkbərov (bəstəkar)
Məmməd Ələkbərov (tam adı:Ələkbərov Məmməd Həsənoğlu; 1925, Naxçıvan) - bəstəkar. Ələkbərov Məmməd Həsənoğlu 1925-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almışdır. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Radio Verilişləri Komitəsində kamera musiqisi ansamblının rəhbəri, "Araz" Dövlət Mahnı və Rəqs Ansamblının ilk bədii rəhbəri və direktoru, Uşaq musiqi məktəbinin direktoru, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqi Dram Teatrının musiqi rəhbəri,Azərbaycan Bəstəkarlar İttifaqın Naxçıvan şöbəsinin məsul katibi işləmişdir. Məmməd Ələkbərov bir sıra teatr tamaşasına musiqi tərtibatı vermişdir. Lirik mahnıların,skripka ilə fortepiano üçün pyeslərin, marş,süita,rəqs və s. əsərlərin müəllifidir.Yallıların və xalq mahnılarının nota salınmasında fəaliyyət göstərmişdir. "Naxçıvan təranələri" (1974) not məcmuəsinin tərtibatçısıdər. Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Naxçıvan Muxtar Respublikasının incəsənət xadimi Quliyev N.,Naxçıvan musiqi mədəniyyəti tarixindən,Bakı,1999 Naxçıvan Ensiklopediyası. Bakı.
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov — Bəstəkar, səs rejissoru. 1951-ci il yanvarın 5-də anadan olub. Skripka və piano üçün 2 Pyes (1991); Nəfəsli orkestr üçün "Marş" (1992); Piano üçün 6 Prelüd (1998). B. Vahabzadə, N. Xəzri, M. Rahim, İ. Dadaşov, O. Şamilin söz. 14 Mahnı (1990–2001).
Nəriman Məmmədov (bəstəkar)
Nəriman Məmmədov (tam adı: Məmmədov Nəriman Həbib oğlu; 28 dekabr 1927, Naxçıvan – 6 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru. Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir. O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur.
Rafiq Babayev (bəstəkar)
Rafiq Babayev (31 mart 1936 və ya 1936, Bakı – 19 mart 1994 və ya 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
Ramiz Mustafayev (bəstəkar)
Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001). Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb.
Rauf Hacıyev (bəstəkar)
Rauf Soltan oğlu Hacıyev (15 may 1922, Bakı – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
Rauf Məmmədov (bəstəkar)
Rauf Məmmədov — azərbaycanlı bəstəkar, Əməkdar mədəniyyət işçisi. Rauf Məmmədov 1959-cu ildə Bakıda anadan olmuşdur. İxtisasca jurnalistdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. "Qalmaz belə, dünya", "Qarabağ", "Anam mənim", "Yol verin, əsgər gəlir", "Yaşayacaq Azərbaycan", "Yaşa, mənim xalqım", "Ağlama, Sevda", "Gilavar" və s. mahnıların müəllifidir. 2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Adam ol! (film, 2005) Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film) - bəstəkar Adam ol!
Rauf Əliyev (bəstəkar)
Əliyev Rauf Tofiq oğlu (1 may 1947, Şuşa, DQMV – 13 iyun 2017, Bakı) — Azərbaycan bəstəkarı, "Azərbaycanfilm" kinostudiyasının musiqi redaktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2007). Rauf Əliyev 1 may 1947-ci ildə Şuşada doğulub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1966), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasını (1975) bitirib. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində musiqi redaktoru (1973-1975), “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru (1975-2017) kimi çalışıb. 14 iyun 2017-ci ildə Bakıda vəfat edib. "Azadlığa gedən yollar". BSO və qarışıq xor üçün Oda. Söz. F. Qocanındır (1990); "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" kinofilmlərinə musiqi (1990–1999); 10-a yaxın mahnı (1990–1999). {{columns-list|3| Bakı Sovet Azərbaycanının paytaxtıdır (film, 1977) – bəstəkar Bu torpağın nemətləri (film, 1979) – bəstəkar Yarımçıq qalmış mahnı (film, 1979) – musiqi redaktoru Azərbaycanın xoşbəxt torpağı (film, 1980) – musiqi tərtibatçısı Onun bəlalı sevgisi (film, 1980) – musiqi redaktoru Sehrli ağac (film, 1980) – bəstəkar Taya (film, 1980) – bəstəkar Birisigün, gecəyarısı...
Rüstəm Rüstəmzadə (bəstəkar)
Rüstəm Rüstəmzadə — bəstəkar. Bəstəkar Rüstəm Rüstəmzadə hazırda Rusiyada yaşayır. Bəstəkar Qara Qarayevin yetirməsidir (1977). Rusiya Bəstəkarlar İttifaqının üzvüdür.
Rəşid Məmmədov (bəstəkar)
Rəşid Rza oğlu Məmmədov (2 fevral 1936, Naxçıvan – 20 iyun 2006, Naxçıvan) — Azərbaycan bəstəkarı, Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (09.10.1999), Azərbaycan Respublikasının Prezident mükafatçısı (2006). Naxçıvan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş pedaqoq, bəstəkar, dirijor, tarzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Rza oğlu Məmmədov 1936-cı il, fevral ayının 2-də Naxçıvan şəhərində Sarvanlar məhəlləsində anadan olmuşdur.8 yaşında ikən atası Rza kişi vaxtsız vəfat edir, atasının qırxı çıxmamış anası Zərri xanım dünyasını dəyişir. Onun uşaqlıq dövrü amansız müharibə illərinə təsadüf edirdi. Ailələrində 5 uşaq idilər. 4 qardaş, 1 bacı. Ata-anaları dünyalarını dəyişdikdən sonra bibiləri Məşədi Bəni xanımın və Fatma xanımın himayəsində yaşadılar. Dolanışıqları çətin olduğundan, çarəsizlikdən bacılarını, körpə qızcığazı uşaq evinə qoymağa məcbur oldular. Bacıları Zeynəbi səhər uşaq evinə qoyub axşam götürürdülər. Bir gün uşaq evinə bacılarını götürmək üçün gedən qardaşlar uşaq evinin başqa bir bölgəyə, Ordubad rayonuna köçürülməsi xəbərini eşidirlər. Ertəsi gün bacılarını görmək ümidi ilə Ordubada yola düşürlər və təssüf ki, balaca Zeynəbi burada da tapa bilmirlər.
Boris Aleksandrov (bəstəkar)
Boris Aleksandroviç Aleksandrov (rus. Бори́с Алекса́ндрович Алекса́ндров; 22 iyul (4 avqust) 1905, Boloqoye, Novqorod quberniyası[d] – 17 iyun 1994[…], Moskva) — SSRİ və Rusiya bəstəkarı, xor dirijoru, xormeysteri, müəllimi. Sosialist Əməyi Qəhrəmanı (1975), SSRİ Xalq artisti (1958), "Lenin" mükafatı (1978) və 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). Üç "Lenin" ordeni kavaleri (1949, 1967, 1975). General-mayor (1972). == Həyatı == 1943-cü ildən Sov. İKP üzvü. Bəstəkar Aleksandr Aleksandrovun oğludur. 1929-cu ildə Moskva Konservatoriyasını (R. M. Qlierin kompozisiya sinfi üzrə) bitirmişdir. Sovet Ordusu Mərkəzi Teatrında dirijor və musiqi hissəsinin müdiri işləmişdir.
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Süleyman Ələsgərov (bəstəkar)
Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, DQMV – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000). Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Telman Hacıyev (bəstəkar)
Telman Hacı oğlu Hacıyev (9 iyun 1930, Gəncə, Gəncə dairəsi – 5 yanvar 1991, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). O, 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib. Telman Hacı oğlu Hacıyev 9 iyun 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1958–1964-cü illərdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır. Telman Hacıyev 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Komitəsində işləməyə başlamışdır. 1958-ci ildən burada musiqilərin işlənməsi üzrə mütəxəssis, musiqi verilişləri üzrə redaktor köməkçisi, musiqi verilişlərinin redaktoru, Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1961-ci ildən Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1963-cü ildən Musiqi verilişləri şöbəsində baş redaktor müavini olmuş, 1971-ci ildə Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor təyin edilmiş, 1973–1975-ci illərdə isə Radioda musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. O, 1975-ci ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqıda məsləhətçi olmuş, elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. Burada o, 1975–1983-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bədii rəhbəri olmuşdur. 1983-cü ildən Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsində işləyən Telman Hacıyev 1983–1984-cü illərdə burada musiqi kollektivlərinin bədii rəhbəri olmuş, 1985-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə qayıdaraq 1989-cu ilədək yenidən Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləmiş, 1989–1990-cı illərdə "Tənqid-Təbliğ" Teatrının musiqi direktoru olmuşdur. Telman Hacıyev 5 yanvar 1991-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Tural Məmmədli (bəstəkar)
Zakir Bağırov (bəstəkar)
Zakir Cavad oğlu Bağırov (16 (29) mart 1916, Şuşa – 8 yanvar 1996, Bakı) — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib. Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib.
İsmayıl Hacıyev (bəstəkar)
İsmayıl Əhməd Cövdət oğlu Hacıyev (18 noyabr 1949) — Azərbaycan-Kanada dirijor və bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan bəstəkarı Cövdət Hacıyev və məşhur rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub. İsmayıl Hacıyev 1973-cü ildə Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində fərqlənmə diplomu ilə başa vurub. 1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü olub. Bu illərdən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başladı. İsmayıl Hacıyev 1975-1981-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının Opera və simfonik bəstəkarlıq ixtisası üzrə professor İlya Musinin, Marinski Teatrının direktorunun və Nyu-Yorkda Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfini bitirib. Məzun olduqdan sonra Sankt-Peterburq Filarmoniyasının simfonik orkestrinin bədii direktoru Yevgeni Mravinskinin köməkçisi kimi fəaliyyətini davam etdirib. Məhz bu dövrlərdə Hacıyev çıxışlarının bir çoxunu qeydə almağa başlayır.
Film bəstəkarı
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Fortepiano bəstəkarlarının siyahısı
Aşağıda ən tanınmış fortepiano bəstəkarları yer alıblar. Siyahıda hansısa bəstəkarın adı buraxılmış ola bilər.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017)
Portret... Bəstəkar Faiq Sücəddinov — rejissor Elnurə Kazımovanın 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Faiq Sücəddinovun 70 illik yubileyinə həsr olunur. Filmdə bəstəkar Faiq Sücəddinovun əsərlərindən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə edilmişdir.
SSRİ Bəstəkarlar İttifaqı
SSRİ Bəstəkarlar İttifaqı (rus. Союз композиторов СССР)— SSRİ bəstəkarlarının və musiqişünaslarının vahid yaradıcılıq ittifaqı. 1957-ci ilədək SSRİ Sovet Bəstəkarları İttifaqı adlanırdı. ÜİK(b)P MK-sının 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarına əsasən yaradılımışdı. 1948-ci ilədək təşkilata Təşkilat Komitəsi rəhbərlik edirdi. Bəstəkarlar İttifaqının ilk qurultayı 19 aprel—25 aprel 1948-ci ildə Moskvada keçirilib. İlk sədri bəstəkar Boris Asafyev seçilmişdi.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.

Значение слова в других словарях