BƏYDƏMİR

böyük Dəmir; dəmir kimi bəy.
BƏYDAŞ
BƏYDİLLİ
OBASTAN VİKİ
Bəydəmirli
Bəydəmirli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 46 km şimal-qərbdə, Moruqlu dağ silsiləsinin (Kiçik Qafqaz) cənub yamacındadır. == Tarixi == Əhalinin bu əraziyə köç etməsi 19-cu əsrin birinci yarısına təsadüf edir. Bəydəmirli kəndini Abşeron və Şamaxı bölgələrindən gələn köçkünlər yaratmışlar. Yeni yaranmış nəsil genişlənərək, mərkəz Çay Rəsullu kəndi olmaqla ətrafların məskunlaşmasına səbəb olmuşdur. == Toponimikası == Dağ yamacındadır. Yerli əhalinin məlumatına görə, kənd Bəydəmir oğlu Alı tərəfindən salınmış, onun adı ilə də adlandırılmışdır. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Bəydəmirli kəndi Şərqdən Tovuz rayonunun Qaradaş kəndi ilə, cənub və qərbdən Gədəbəy rayonunun Çayrəsullu kəndi ilə əhatə olunmuşdur. Kiçik Qafqazın orta dağ qurşağında, dəniz səviyyəsindən 1500–1700 metr yüksəkdə yerləşir.
Nazim Bəydəmirli
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.