Bəydəmirli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[2] Rayon mərkəzindən 46 km şimal-qərbdə, Moruqlu dağ silsiləsinin (Kiçik Qafqaz) cənub yamacındadır.
Bəydəmirli | |
---|---|
40°38′ şm. e. 45°29′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 105 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2137[1] |
Əhalinin bu əraziyə köç etməsi 19-cu əsrin birinci yarısına təsadüf edir. Bəydəmirli kəndini Abşeron və Şamaxı bölgələrindən gələn köçkünlər yaratmışlar. Yeni yaranmış nəsil genişlənərək, mərkəz Çay Rəsullu kəndi olmaqla ətrafların məskunlaşmasına səbəb olmuşdur.
Dağ yamacındadır. Yerli əhalinin məlumatına görə, kənd Bəydəmir oğlu Alı tərəfindən salınmış, onun adı ilə də adlandırılmışdır. Etnotoponimdir.[3]
Bəydəmirli kəndi Şərqdən Tovuz rayonunun Qaradaş kəndi ilə, cənub və qərbdən Gədəbəy rayonunun Çayrəsullu kəndi ilə əhatə olunmuşdur. Kiçik Qafqazın orta dağ qurşağında, dəniz səviyyəsindən 1500–1700 metr yüksəkdə yerləşir. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq iqlim üstündür. Torpağı əsasən qonur dağ-meşə, çimli dağ-çəmən torpağıdır. Zəngin bitki örtüyünə malikdir. Bəydəmirli kəndi sərin və mineral bulaqları, füsünkar təbiət mənzərələri və s. cəhətləri ilə yay turizmi üçün çox əlverişlidir.
Bəydəmirli kəndi bir çox tanınmış ziyalılar, elm və incəsənət xadimləri yetişdirmişdir. Mərhum ziyalı Fərhad İsmayilov, Qəhrəmanov İlyas, ustad aşıqlar Sənan Quliyev, Cahangir Quliyev, musiqiçi Habil Şınıxlı, balaban ustası Qəzənfər Quliyev şair Mehman Quliyev və başqaları bu kəndin tanınmış nümayəndələrindəndir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 105 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.