BADAM

is. [ fars. ] İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı. Badam ağacı. Badam yağı. Acı badam (dadı acı olub, yağı texnika və əczaçılıqda işlənən badam). Daş badam (qabığı bərk badam). Kağızqabıqlı badam (qabığı nazik və ləpəsi kiçik badam).
◊ Üç badam bir qoz mus. – Azərbaycan xalq musiqisində bir çox mahnı, təsnif və oyun havalarına xas olan musiqi vəzninin adı.
Azərbaycan rəqs musiqisi ölçülərindən ən çox intişar edəni: sazəndələr arasında “uç badam bir qoz” deyilən vəzn əsasında olan diringilərdir. Ə.Bədəlbəyli.

BADALAQLAŞMAQ
BADAMAĞIZ
OBASTAN VİKİ
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Acı badam
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Badam (Soyuqbulaq)
Badam (fars. بادام‎) - (az.-əski. بادام‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir. == İqtisadiyyat == Əhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir. == Mədəniyyət == Bu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir.
Tikanlı badam
Tikanlı badam (lat. Prunus spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır. Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.
Üçayalı badam
Şirin badam
Şirin badam (lat.
Üçpərli badam
Üçpərli badam (lat. Prunus triloba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600-2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır. Hündürlüyü 5 m, çətirinin diametri 1,5 -2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5-6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2-2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Üç badam, bir qoz
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
3 badam 1 qoz
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Üç badam bir qoz (Rəqs)
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
3 badam 1 qoz (film, 2017)
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Badam (yarımcins)
Badam noxud
Badam taxtabitisi
Badam taxtabitisi (lat. Apodiphus amygdali Germ. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Badam yağı
Badam yağı — badam ağacının toxumlarından soyuq sıxma nəticəsində əldə edilmiş, açıq sarı rəngli, yüngül qoxulu və qoz dadında yağ. Badam yağında yüksək miqdarda doymamış yağ, kalsium, kalium, dəmir və manqan mövcuddur.
"Badamlı" mineral bulaqları
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. == Siyasi fəaliyyəti == Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib. İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir.
Bakı “Kempinski Hotel-Badamdar” kompleksi
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Hacı Məhəmmədəli Badamçı
Hacı Məhəmmədəli Hacı Məhəmmədtağı oğlu Badamçı (?-1939)—Məşrutə hərəkatının üzvü. == Həyatı == O, Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. 1920-ci ildə vətənin xilası uğrunda gizli də olsa mübarizə aparan İDP Azərbaycan əyalət təşkilatına, onun Təbriz komitəsinə Mirzə Əli Çayçı, Mirzə Əli xan Postxana, Hacı Məhəmmədəli Badamçı başçılıq edirdi. Hacı Məhəmmədəli Badamçı 1924-cü ildə Berlində çıxan "İranşəhr" nəşriyyatında Şeyx Məhəmməd Xiyabaninin bioqrafiyasını çap etdirmişdi. Hacı Məhəmmədəli Badamçı 1939-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hind badamı
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonimləri == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Kempinski Hotel-Badamdar
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Terminalia badamia
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Yer badamı
Astragalus badamliensis
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Badamistan (Zəncan)
Badamistan (fars. بادامستان‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Çöl badamı
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Avropada əsasən meşə və səhralarda təbii halda bitir. Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Badamdar (otel)
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.

Значение слова в других словарях