BALQABAQ

is.
1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu.
Kənd arvadları qışın tədarükünü qurtarırdı, … kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.

// məc. Balqabağa oxşayan şey haqqında.
Bu halda gördüm, mənə tərəf bir kişi gəlir … başı balqabaq… Ə.Haqverdiyev.

2. məc. dan. Key, maymaq, ruhsuz, atil, bacarıqsız, iradəsiz, küt adam haqqında.
[Əlyarov:] Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar. M.Hüseyn.

Синонимы

  • BALQABAQ boranı — qabaq
  • BALQABAQ BALQABAQ (boram növü) [Xoca Zığzığ:] O qədər balqabağı hara aparırsan, a kişi?! (Anar); KUDU Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırlad

Омонимы

  • BALQABAQ BALQABAQ I is. [ fars. ] Uzunsov, ortası nazik şirin qabaq. ...kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi (M

Антонимы

  • BALQABAQ BALQABAQ – BACARIQLI Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar (M
BALQABAĞI
BALLÁDA
OBASTAN VİKİ
Balqabaq
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Adi balqabaq
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Balqabaq bombası
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Balqabaq qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Buğumlu balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Haqqında == Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.
İri balqabaq
İri balqabaq (lat. Cucurbita maxima) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
Ətirli balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.
Balqabaq (bomba)
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Balqabaq şorbası
Balqabaq şorbası əsas tərkib hissəsi kimi balqabaqla hazırlanan şorbadır . Hazırlanması üçün adi balqabaq və ya muskat balqabağı istifadə olunur . Şorba şirin və ya pikant ola bilər. Ən çox yayılmış konsistensiya — püre şəkilli və ya qaymaqlı şorbalardır . == Hazırlanması == Balqabaq kəsilir və qaynadılır (bəzən əvvəlcədən qızardılır). Soğan və kök qızardılır. Kartof əlavə edilərsə, qaynadılır. Sonra su, süd, tərəvəz və ya ət bulyonu ilə qarışdırılır . Çox vaxt krem, nadir hallarda isə qatıq əlavə olunur. Sonra kütlə püre halına salınır, püre halına salınır və ya blenderdə əzilir.
Balqabaq (film, 2007)
Balqabaq — İctimai Televiziyanın istehsalı olan komediya filmi. == Məzmun == Film balqabaq üstündə iki bağ qonşusu arasında düşən mübahisədən bəhs edir. Lakin bu mübahisəni nə kənd əhalisi, nə polis, nə də digər vəzifəli şəxslər həll edə bilmir. == Film haqqında == Filmin çəkilişlərinə Xızı rayonunun Xələnc kənd sakinləri köməklik göstərmişdir.
Balqabaqkimilər
Balqabaqkimilər (lat. Cucurbitaceae) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Balqabaqçiçəklilər
Balqabaqçiçəklilər (lat. Cucurbitales) — bitkilər aləminə aid bitki dəstəsi.

Значение слова в других словарях