1. Baxan, nəzarət edən, idarə edən. Yol baxıcısı. Həbsxana baxıcısı.
– Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstünə gərək ya bir baxıcı … və ya bir icarədar olaydı.
Haşım … az bir zamanda fəhləlikdən çıxıb, Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu.
2. Qulluq edən, xidmətçi. Xəstə baxıcısı.
3. Tamaşaçı.
4. dan. Falçı, falabaxan.