1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək).
– Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı.
[Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı.
…Çoban da bayatı nəğməsini tütəyində ucaltdı.
Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi.
□ Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. – klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir … neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir.
2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə, 3-cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca.