BAŞMAQ

I
сущ. башмак:
1. ботинок или полуботинок. Başmaq geymək носить башмаки
2. тех. металлическая накладка, надеваемая на конец сваи. Başmaqdan çıxış выход из башмака, jelonka başmağı желоночный башмак
3. ж.-д. приспособление, служащее для торможения колёс
II
прил. тех. башмачный. Başmaq borusu башмачная труба, başmaq ucluğu башмачная насадка; başmaq sementləmə строит. башмачная заливка цементом
◊ başmaqları da razı olmaq быть полностью согласным; başmaqlarını cütləmək, başmaqlarını cütləyib qabağına qoymaq указать на дверь к ому; iki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) заупрямиться, упорствовать
BAŞLIQLI
BAŞMAQÇI
OBASTAN VİKİ
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Başmaqçızadə Abdullah Əfəndi
Başmaqçızadə Abdullah Əfəndi (1680, Konstantinopol – 1732, Konya) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Atası Başmaqçızadə Əli Əfəndi də II Mustafa və III Əhməd səltənətlərində şeyxülislamlığa gətirilmişdir. Bundan başqa kürəkəni olan Dürrizadə Mustafa Əfəndi də fərqli zamanlarda 3 dəfə şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1680-ci ildə dünyaya gəlmişdir. Atası Ədirnə hadisələri əsnasında və daha sonra III Əhməd səltənətində şeyxülislam olan Başmaqçızadə Əli Əfəndi idi. Dini təhsilini atasından və dönəmin məşhur alimlərindən alan Abdullah Əfəndi atasının səyləriylə, müxtəlif mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərməyə başladı. Ardından yenə asanlıqla qazılıq rütbəsinə yüksəldi və ilk vəzifəsi də diqqət çəkəcək dərəcədə fərqlənən Misir qazılığı oldu. Ancaq bu təyinatı atasının vəfatının ardından baş tutdu. 4 avqust 1712-ci ildə təyin edildiyi Məkkə və Misir qazılığı vəzifəsini tamamlamasının ardından 1714-cü ildə İstanbul qazılığına gətirildi. Daha sonra 1718-ci ildə naqibüləşraf, 1720-ci ilin martında isə Anadolu başqazısı təyin edildi.
Başmaqçızadə Əli Əfəndi
Başmaqçızadə Əli Əfəndi (1639 – 12 (23) fevral 1712, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Oğlu Abdullah Əfəndi və kürəkəni İshaq Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1639-cu ildə dünyaya gəlmişdir. Atası Mehmed Əfəndi 1682-ci ildə Üsküdar qazısı ikən vəfat etmişdir. Öncələri Əbdürrəhim Əfəndidən dərslər almış, onun şeyxülislam olmasının ardından isə ilk dini təhsilini başa vurmuşdur. Din təhsilini bitirdikdən sonra 1657-ci ildə müdərrisliyə başladı. 1667-ci ildə Həmid Əfəndi, 1673-cü ildə Bali Əfəndi, 1674-cü ildə Ümmüvələdzadə, 1675-ci ildə Heydər Paşa, 1680-ci ildə Qoca Murad Paşa, 1681-ci ilin iyulunda Mahmud Paşa, 1683-cü ilin oktyabrında Yavuz Sultan Səlim, 1686-cı ilin aprelində Süleymaniyyə mədrəsələrinə təyin edildi. Ardından qazılığa keçdi və ilk dəfə 1687-ci ildə Qüdsdə vəzifələndirildi. 1688-ci ilin mayında bu vəzifədən alındı və 2 il sonra Ədirnə qazılığına göndərildi. Həmin il nakibüləşraflığa (Peyğəmbər soyundan olan seyidlərin problemləri ilə məşğul olan şəxs) yüksəldi.

Digər lüğətlərdə