Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərdivan
Nərdivan — bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsaitdir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə — kral vassallarının vassalları dururdular — baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Ulduz nərdivanı
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Gərdivan (Urmiya)
Gərdivan (fars. گردوان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.259 nəfər yaşayır (211 ailə).
Kərçivan
Kərçivan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Kəndin adı türkcədir. XIX əsrdə Şimali Qafqazda Kartsa, Batum əyalətində Karç-Xal, Azərbaycanda Qərçə (İsmayıllı rayonu) toponimləri ilə mə’naca eynidir. == Əhalisi == XIX əsrin əvvəllərindən əhalisi qarışıq kəndlərdəndir.
Pərzivan
Pərzivan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Tala və Muxax kəndlərinin arasında Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. 110 nəfər əhalisi vardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Mərivan
Mərivan — مریوان حاشیه İranın Kürdüstan ostanının şəhərlərindən və Mərivan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 91,664 nəfər və 22,440ailədən ibarət idi.
Nəriman
Nəriman — Azərbaycanda daha çox işlədilən kişi adı. Nəriman Nərimanov — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycanın dövlət xadimi Nəriman İmranov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Nəriman Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965) Nəriman bəy Nərimanbəyli — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Nəriman Şıxəliyev — Operator. Rejissor. Nəriman Məmmədov Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor.
Ərkivan
Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub. Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub.
Ərçivan
Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Ərçivan Astara rayonunun Ərçivan inzibati ərazi vahidində kənddir. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət "dəyirman yeri" mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş "ardıc ağacı bitən yer" mənasında söz kimi qəbul edirlər. Əslində oykonim "arci" və "van" sözlərindən düzəlib, "dağlıların yaşadığı yer" deməkdir. Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cur izah edirlər: 1. Arcion (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir; 2.
Bərdiyan (Urmiya)
Bərdiyan (fars. برديان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (46 ailə).
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Həndivan (Xoy)
Həndivan (fars. نهندوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (71 ailə).
Kəndivan (Miyanə)
Kəndivan (fars. كندوان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (103 ailə).
Nəhrivan (Xudabəndə)
Nəhrivan (fars. نهروان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 305 nəfər yaşayır (65 ailə).
Mərivan şəhristanı
Mərivan şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mərivan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 150,926 nəfər və 35,498 ailədən ibarət idi.
Nəriman (Germi)
Nəriman (fars. نريمان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (26 ailə).
Nəriman Abbasov
Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir. Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı. ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.
Nəriman Allahverdiyev
Nəriman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır. Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.
Nəriman Dadaşov
Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərin] Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. 1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir. 1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir. 1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır. 1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. 1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir. 1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.
Nəriman Hüseynov
Nəriman Həsənov
Nəriman Həsənzadə
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Neriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.