be1
v (indiki zaman 1-ci şəxs forması: am; 3-cü şəxs tək forması is; qalan şəxslərin tək və cəm formaları are; keçmiş zaman tək forması was, cəm forması were; 1. olmaq, var / mövcud olmaq; I think, therefore I am Mən düşünürəm, demək mən varam; He will be here all the year round O, bütün ili burada olacaq; 2. bərabər olmaq; ibarət olmaq; Two and two is four iki üstəgəl iki dördə bərabərdir; Let x be ten Fərz edək ki, x ona bərabərdir; 3. there sözü ilə başlanan ifadələrdə: olmaq, mövcud olmaq; var olmaq; There is a tree in the yard Həyətdə bir ağac var; Is there life in the Mars? Marsda həyat varmı?
be2
bağlayıcı fel: -dır, -dir, -dur, -dür; idi; He is a doctor O, həkimdir; The box is heavy Qutu ağırdır; The bag is empty Çanta boşdur; The sentence is correct Cümlə düzdür; What is it? Bu nədir?
be3
modal fel; -malı, -məli; I was to buy a book Mən kitab almalı idim; He was to go home O, evə getməli idi
be4
köməkçi fel: 1. Davamedici zaman formalarını düzəltmək üçün işlədilir: -maqda, -məkdə; -dır, -dir, -dur, -dür; I am working Mən işləyirəm / işləməkdəyəm; The child is sleeping Uşaq yatır / yatmaqdadır