Elek Benedek (mac. Benedek Elek; 30 sentyabr 1859[1] – 17 avqust 1929[1]) — Macarıstan jurnalisti və yazıçısı.
Elek Benedek | |
---|---|
Doğum tarixi | 30 sentyabr 1859[1] |
Vəfat tarixi | 17 avqust 1929[1] (70 yaşında) |
Fəaliyyəti | yazıçı, jurnalist, siyasətçi, uşaq ədəbiyyatı yazıçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Transilvaniyanın Betsaniy Miç yaşayış məskənində anadan olmuşdur. İlk olaraq Sekeyudvarxey, daha sonra isə Budapeştdə təhsil almışdır. Şagird olarkən Cob Şebeşi ilə Macarıstan folklor elementlərini toplamağa başlamışdı. Nəticəsə "Transilvaniyanın xalq nağılları" (ing. Transylvanian Folk Tales) adlı kitab toplusunu formalaşdırdı. İlk dəfə Budapeşt qəzetində və daha sonra isə, digər mətbu orqanlarda journalist kimi fəaliyyət göstərməyə başladı.
1887–1892-ci illərdə Budapeştdə Macarıstan Parlamentinin üzvü olmuşdur. Parlamentdəki çıxışlarında gənclərin ədəbiyyata marağı və "Folklor poeziyası", xalq yaradıcılığının dili və ictimai təhsillə bağlı bir sıra məsələlərə toxunmuşdur.
1889-cu ildə Lajoş Poşa ilə birlikdə gənclər üçün ilk Macar ədəbi jurnalı olan Mənim jurnalım (mac. Az Én Újságom) mətbu orqanının əsasını qoydular. O, həmçinin müxətlif şeirlərin, dramaların, romanların və tarixi bədii kitabların müəllifi idi, ancaq ən məşhur əsəri "Szekely Fairy-Tails" idi.
Bir sıra əsələri macar dilinə tərcümə etmişdir. Bunlara Qrimmin nağılları və Min bir gecə əsərləri daxil idi.
Trianon sülh müqaviləsindən sonra öz dogma kəndinə geri döndü və burada öldüyü günə kimi "Dost" (mac. Cimbora) gənclər jurnalının redaktoru oldu.