1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət.
[Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək?
2. məc.Sondərəcə gözəl, mənzərəli, ürəkaçan yer haqqında.
Dünya gözümdə behişt bağına döndü.
[Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm!
[Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar…
Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir.
// Şairanə təşbihlərdə.
Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim.
Mənim bağü behiştim yardır, cənnətdə karım yox.