BİKEF

sif.zərf [ fars. bi… və ər. keyf]
1. Kefsiz, bir qədər xəstə.
□ Bikef olmaq – kefsiz olmaq, bir qədər xəstə olmaq.
2. Qəmli, kədərli, qüssəli, pərt, məyus.
[Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz. Ə.Haqverdiyev.

□ Bikef olmaq – kefi yerində olmamaq, kədərlənmək, məyus olmaq.
Bikef olmaq gözəllərə yaraşmaz. M.P.Vaqif.
Köç yola düşdü.
Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu. S.S.Axundov.

Синонимы

  • BİKEF bikef bax kefsiz 1; qəmli

Антонимы

  • BİKEF BİKEF – ŞAD Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə şad idi (S
BİKARLIQ
BİKEFLƏMƏK

Значение слова в других словарях