Bilqeyis Həşimzadə
Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxa – fevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın.
== Həyatı ==
Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai xadim və Azərbaycanda qadın hərəkatının aparıcı üzvü. Bilqeyis xanım 1900-cü il, 5 dekabr tarixində, Şəki (Nuxa) şəhərində anadan olmuşdur. Erkən yaşlarından o oxumağı və yazmağı öyrənmişdir. Bu isə həmin dövr üçün nadir hal idi. Bilqeyis xanım Şəki şəhərində Rzaqulu bəyin qızlar üçün yaratmış olduğu gimnaziyada oxuyurdu. Həmin məktəbdə Nəriman Nərimanovun qardaşı qızı Nabat Nərimanova dərs deyirdi. Bilqeyis xanımin yetişməsində Nabat Nərimanovanın da xidməti olmuşdur.
== Təhsili ==
Bilqeyis xanım gimnaziyada təhsilini başa çatdırdıqdan sonra bir müddət orada çalışmışdır. 1923–1926-cı illərdə kənd məktəbində müəllimlik edib.