BİVƏFA

sif. [ fars. bi… və ər. vəfa] bax vəfasız. Bivəfa yoldaş. Bivəfa dost.
– Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi.
Sən oldun aqibət rüxi-dildar məhrəmi; Bir yadə salmadın məni, ey bivəfa könül. S.Ə.Şirvani.

// İs. mənasında.
Ey bivəfa ki, adət olubdur cəfa sana; Billah, cəfadır, olma demək bivəfa sana. Füzuli.
Nə gərək sevəydim o bivəfanı; Nə də belə hicran dağı görəydim. Q.Zakir.

Синонимы

  • BİVƏFA bivəfa bax vəfasız

Антонимы

  • BİVƏFA BİVƏFA – ETİBARLI Nə gərək sevdiyim o bivəfanı; Nə də belə hicran dağı görəydim (Q.Zakir); Sabah bizim ailənin ən etibarlı üzvü sayılırdı
BİVƏ
BİVƏFALIQ

Значение слова в других словарях