1. Bizə məxsus olan, bizə aid olan. O şeylər bizimkidir.
2. İs.
mənasında, adətən cəm şəklində: bizimkilər – bizə yaxın olan adamlar, bizim yoldaşlarımız, bizimlə işləyən, bizimlə həmməslək, ya həmvətən olan adamlar, bizim sıralarımıza daxil olanlar, yaxud bizim ailə (üzvləri). Bizimkilər çoxdan bağa köçüblər.
– Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər.
[Surxay:] …Bizimkilər yığıncaq elədilər.