1. İş heyvanlarını arabaya və s.-yə qoşmaq üçün onların boynuna keçirilən ağac çərçivə şəklində qoşqu cihazı. Boyunduruqdan qaçan öküzü kəsərlər. ( Ata. sözü ).
Salman kişi də arabanın boyunduruğuna oturdu.
2. məc. Zülm, əsarət, məhkumluq mənasında.
Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılırlar.
Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz.