1. Buraxmaq, vaz keçmək, əl çəkmək.
[Kərim:] Yəni bunu deməkdə qərəzin nədir? İstəyirsən ki, mən səni boşlayım, qaçasan?
Boşla, ay molla dayı, sən də bizi çəkmə zora.
[Səlim:] Ürəyimə yatan işdir, boşlaya bilmərəm.
2. Bir işlə daha məşğul olmamaq, tərk etmək. Papirosu çoxdan boşlamışam.