brünet
bu
OBASTAN VİKİ
Brüssel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Brüssel konfansı
Brüssel konfransı (1853)
2016 Brüssel partlayışları
2016 Brüssel partlayışları (ing. 2016 Brussels bombings) — 2016-cı ilin 22 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində yerli vaxtla saat 08:00-da və 09:11-də baş vermiş terror aktları.
Brüssel Vrije Universiteti
Brüssel Vrije Universiteti (nid. Vrije Universiteit Brussel) — Belçika Krallığının Brüssel şəhərində yerləşən tədqiqat universiteti. Ali təhsil müəssisəsi 1834-cü ildə vəkil Piyer Teodor Verhaqen tərəfindən Azad Brüssel Universiteti olaraq təsis edilmişdir. 1970-ci ildə isə sözügedən qurumun bölünməsi nəticəsində meydana çıxmış iki universitetdən biri kimi Vrije Universiteti fəaliyyətini müstəqil davam etdirmişdir. Hazırda, 8 fakültədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil alan 19245 tələbəsi vardır. Brüssel şəhərinin tələbə sayına görə ən böyük universitetlərindən biri olmaqla yanaşı, İksel, Jet, Anderlext və Qoyk şəhərlərində yerləşən kampuslara malikdir. Brüssel Universitetlər Assosiyasiyasının üzvü olan ali təhsil müəssisəsinin dərc etdiyi məqalələr ortalama istinad sayına görə Belçikada ilk sırada yerləşir. QS World University Rankings-in 2021-ci il üçün dərc etdiyi siyahıya görə Brüssel Vrije Universiteti dünya sıralamasında 200-cü sırada yerləşir. Bununla yanaşı, Vrije Universiteti Belçika üzrə milli sıralamada ilk beşlikdə mövqe tutmuşdur. Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Brüssel Vrije Universitetinin məzunları sırasında çoxsaylı alim, siyasətçi və incəsənət xadimləri vardır.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Brüssel konfransı (1937)
Brüssel Konfransı 1937-ci il — Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi.
Brüssel konfansı (1874)
Brüssel Konfransı — 1874-cü il 27 iyul — 27 avqust tarixləri arasında müharibə qaydaları və adətləri ilə bağlı beynəlxalq tənzimləmə gətirmək məqsədilə keçirilən konfrans idi. Fransa-Prussiya müharibəsindən (1870–1871) sonra Rusiya tərəfindən keçirilmiş və altı il əvvəl Sankt-Peterburqda Konfransının davamı idi. Konfransın mövzusu olan məcəllə mətninin layihəsini rusiyalı hüquqşünas və diplomat Fridrix Martens yazıb. Dövrün böyük dövlətlərindən Almaniya, Fransa, Avstriya-Macarıstan, Osmanlı İmperiyası, Rusiya və Böyük Britaniya, Belçika, Danimarka, İspaniya, Yunanıstan, İtaliya, Hollandiya, İsveç, Norveç, Portuqaliya və İsveçrə də bu konfransda iştirak edib. Dəvət olunan digər ölkələrdən, İran və ABŞ iştirak etmədi. Konfransda qəbul edilən qərarlar bəzi hökumətlər tərəfindən qəbul edilmədiyi üçün qüvvəyə minmədi. Buna baxmayaraq, 1874-cü il Brüssel Konfransı sonrakı tərksilah sazişləri üçün çox mühüm addım kimi qiymətləndirilir.
Brüssel konfransı (1874)

Brüsselləşdirmə
Brüsselləşdirmə (frans. bruxellisation, niderl. verbrusseling) — şəhərsalmada tarixi tikililərin kütləvi sökülməsi və əvəzində müasir binaların inşası ilə müşayət olunan şəhərlərin rekonstruksiyasına nizamsız yanaşma. Termin 1960-1970 illərdə Brüsselin tarixi hissəsinin kütləvi uçurulması ilə əlaqədar alman Allgemeine Zeitung qəzetində işlənib.