BUND

сущ. истор. бунд (националистическая организация, объединявшая главным образом еврейских ремесленников)
BUNCUL
BUNDÇU
OBASTAN VİKİ
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
2. Bundesliqa
2. Bundesliqa - (alm. 2. Fußball-Bundesliga‎) - Almaniyanın əhəmiyyətinə görə ikinci futbol liqası. II Bundesliqa olaraq adlandırılan çempionatda ilk iki yeri tutan komandalar Bundesliqaya vəsiqə qazanırlar. Çempionat 1974-cü ildən etibarən keçirlməkdədir və son sezoda 18 klub çıxış edib. 2. Bundesliqanın son çempionu FK İnqolştadt 04 komandası olub. == 2014-2015-ci il mövsümü == == 2015-16 mövsümü == Sonuncu dəfə 8 iyun 2015 tarixində yenilənmişdir.Mənbə: Kicker.de (alm.)Sıralama qaydaları: 1) xallar; 2) ikili top-fərqi; 3) ümumi top-fərqi; 4) atılan qolların sayı.(Ç) = Çempion; (D) = Düşdü; (Y) = Yüksəldi; (P) = Pley-off çempionu; (A) = Sonrakı mərhələ üçün üstünlük qazandı; (DK) = Diskalifikasiya oldu.
Almaniya Bundesliqası 1963/1964 mövsümü
Almaniya Bundesliqası 1963/1964 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 1-ci mövsümü — 1963-cü il avqustun 24-dən 1964-cü il mayın 10-na qədər baş tutdu. Nəticədə “Köln” 45 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Hamburq”un futbolçusu Uve Zeeler isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya Bundesliqası 1964/1965 mövsümü
Almaniya Bundesliqası 1964/1965 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 2-ci mövsümü — 1964-cü il avqustun 22-dən 1965-ci il mayın 15-nə qədər baş tutdu. Nəticədə “Verder” Bremen 41 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “1860 Münhen”in futbolçusu Rudolf Brunnenmayer isə 24 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya Bundesliqası 1965/1966 mövsümü
Almaniya Bundesliqası 1965/1966 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 3-cü mövsümü — 1965-ci il avqustun 14-dən 1966-cı il mayın 28-nə qədər baş tutdu. Nəticədə “1860 Münhen” 50 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Borussiya” Dortmundun futbolçusu Lotar Emmerix isə 32 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya bundestaqı
Bundestaq (alm. Bundestag‎) — Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanıdır. 7 sentyabr 1949-cu ildə Almaniya Federtaiv Respublikasının Bonn şəhərində fəaliyyətə başlamışdır. 1999-cu ildə Bundestaq fəaliyyətini Berlin şəhərində davam etdirmişdir.
Bundal adası
Bundal adası (urdu جزیرہ بندل) — Ərəbistan dənizində, Pakistana məxsus olan kiçik ada. 2006-cı ildə Pakistan hökuməti Bundal adası daxil olmaqla iki adanı "Emaar Properties" şirkətinin istifadəsinə verir. Şirkət adalara 43 mld $ dərərində yatırım qoymalıdır. Emaar Properties şirkəti BƏƏ ən böyük şirkətlərindən biridir. Onlar Bundal və Buddo adalarında infrastruktura qurmalıdır. Qasım limanı aksiyanın 15 % sahib olmalıdır.
Bunderşpits
Bunderşpits alm. Bunderspitz‎ — İsveçrədə, Bern kantonunda, Adelboden və Kanderşteq bələdiyyələri arasında yerləşən, Bern Alp dağlarının bir hissəsi olan dağ. Dağın zirvəsinə hər iki tərəfdən cığırla çatmaq olar.
Bundesliqa
Bundesliqa (alm. Fußball-Bundesliga) ― alman futbol klublarının ən ali peşəkar futbol liqasıdır. Yarış uğrunda 18 klub mübarizə aparır. Çempionatda hər bir komanda 34 oyun keçirir. 1963-cü ildən peşəkar olaraq keçirlir. Dünyanın ən güclü futbol liqalarından biri hesab olunur.
Bundesliqa bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Bundesliqa bombardirləri siyahısıdır. 1966-cı ildən bəri Almaniyanın futbol nəşri olan "Kiker", hər mövsüm bundesliqanın ən yaxşı bombardirini mükafatlandırırdı. Bu nəşr rəsmi olaraq "kicker Torjägerkanone" adlanırdı. Gerd Müller bir mövsüm ərzində ən çox qol vuran futbolçu statusunu hələ də qorumaqdadır. O, həmçinin bu mükafatı 7 dəfə qazanmaqla da rekorda sahibdir. Sonuncu dəfə bu adı "Bayern Münhen" klubunun oyunçusu Robert Levandovski almışdır.
Bundesrat
Federal Şura (Almanca: Bundesrat) — Almaniyanın 16 ştatının təmsil olunduğu qanunverici hakimiyyətdir. Əyalət hökumətləri tərəfindən təyin edilmiş 69 üzv qanunverici prosesdə iştirak edir. Federal hökumət qarşısında əyalətlərin maraqlarını təmsil edir. Hər federal qanun Federal Şurada da müzakirə edilməlidir. Federal qanunların formalaşmasına öz töhfəsini verir. Bundestaqla bərabər bir qanunverici qurum statusuna sahibdir. Federal Şura Berlindəki keçmiş Prussiya Lordlar Palatasında toplanır. Əvvəlki görüş yeri keçmiş Qərbi Almaniyanın paytaxtı Bonnda idi. Federal Konstitusiyada Bundestaq, Federal Prezident, Federal Nazirlər Şurası və Federal Konstitusiya Məhkəməsi ilə birlikdə “əsas güc” adlanır. Bundesrath (1901-ci ildən: Ümumi imla islahatına görə, Bundesrat) Şimali Almaniya Konfederasiyası (1867) və Almaniya İmperiyası (1871) kimi adlar almışdır.
Bundestaq
Bundestaq (alm. Bundestag‎) — Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanıdır. 7 sentyabr 1949-cu ildə Almaniya Federtaiv Respublikasının Bonn şəhərində fəaliyyətə başlamışdır. 1999-cu ildə Bundestaq fəaliyyətini Berlin şəhərində davam etdirmişdir.
Bundesvehr
Almaniya Silahlı Qüvvələri (alm. Bundeswehr‎) — Almaniyanı qorumaq məsuliyyəti daşıyan ordu. == Tarixi == Almaniya Silahlı Qüvvələri Bundesvehr İkinci dünya müharibəsinin bitməsindən 10 il sonra, 7 iyun 1955-ci ildə təşkil olunub. Həmin gün Almaniya Müdafiə Nazirliyi fəaliyyətə başlayıb. Yeni alman ordusunun ilk 100 çağırışçısı Bonn şəhərində and içərək xidmətə başlayıblar. Tezliklə Almaniya Federativ Respublikası NATOnun üzvü oldu. Soyuq müharibə dövründə Almaniya Kapitalist ölkələrlə Kommunist ölkələrin kəsişdiyi ərazidə yerləşməsinə görə hərbiləşdirilmiş dövlətə çevrilmişdi. Həmin illərdə Almaniyada yarım milyon nəfər hərbçi xidmət keçirdi. Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi hərbi xidmət qanunu 2011-ci il iyulun 1-dən etibarən ləğv edilib. O zaman Almaniya ordusundakı toplam personal sayının 250 mindən 185 minə endirilməsi hədəflənmişdi.
Maliek Bundloss
Maliek Bundloss (21 mart 1995) — Yamaykalı peşəkar kişi BMX velosipedçisi. Maliek Bundloss Yamaykanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Maliek Bundloss 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.684 saniyəlik nəticəsi ilə 78-ci yeri tutdu.
İkievli bunduq
ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Bundahişn
"Bundahişn" (pəhl. Bun-dahišn(īh), hərf. "İlkin yaradılış") —ənənəvi olaraq kitab pəhləvicəsində yazılmış zərdüşti kosmoqoniyası və kosmologiyasının ensiklopedik toplusuna verilən ad. Əsərin orijinal adı məlum deyil. "Bundahişn" toplusu "Avesta"dan istifadə etsə də və bu mətnlərdə qeyd olunan fikirləri inkişaf etdirsə də, onun özü müqəddəs kitab deyil. Məzmun zərdüştilik kitabəsini özündə daşıyır ki, bu da öz növbəsində həm qədim zərdüştilik, həm də zərdüştilikdən əvvəlki inancları əks etdirir. Bəzi hallarda mətn İranda VII əsrdən sonra islamın gözlənilməz hallarına, digər hallarda isə Ayın ulduzlardan daha uzaq olması fikrinə işarə edir.
Bundestaq (Alman konfederasiyası)
Bundestaq, Birlik seymi (alm. Bundestag, Bundesversammlung‎) — Alman Konfederasiyasının ali orqanı, Vyana Konqresi ilə Almaniyanın birləşməsi arasındakı dövrdə Alman dövlətlərinin nümayəndələrinin iclası. Görüşlər Frankfurt-Maynda keçirilirdi. 1815-ci ildən 1848-ci ilə qədər və 1851-ci ildən 1866-cı ilə qədər, 1804-cü ilə qədər Müqəddəs Roma İmperiyasının bir hissəsi olan bütün Alman dövlətlərinə cavabdeh olan yeganə mərkəzi qurum idi. 1816-cı il noyabrın 5-dən etibarən Bundestaq hər həftə iclas keçirirdi. Sədr Avstriyanın nümayəndəsi idi. 1848-ci ilin iyulunda mart inqilabından sonra Bundestaq öz səlahiyyətlərini ilk Almaniya parlamenti olan Milli Assambleyaya verdi. İnqilabın süqutundan sonra Bundestaq bərpa olundu. == İnkişafı == 12 iyul 1848-ci ildə günorta saatlarında Konvensiya öz vəzifələrini Regentə təhvil verdi və rəsmi olaraq ləğv edildi. Bu qanunvericilik yeni ofisə legitimlik və ən azı nəzəri cəhətdən hüquqi cəhətdən məcburi səlahiyyətlər verdi.
Bundesliga
Bundesliqa (alm. Fußball-Bundesliga) ― alman futbol klublarının ən ali peşəkar futbol liqasıdır. Yarış uğrunda 18 klub mübarizə aparır. Çempionatda hər bir komanda 34 oyun keçirir. 1963-cü ildən peşəkar olaraq keçirlir. Dünyanın ən güclü futbol liqalarından biri hesab olunur.

Digər lüğətlərdə