Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yurdçu
Yurdçu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Arxeoloji araşdırmalar Yurdçunun qədim yaşayış məntəqələrindən biri olduğunu təsdiq edir. Yurdçunun qədim abidələri 1983-cü ildə kəndin şimal-qərbində su anbarı tikilərkən aşkar olunmuşdur. Bu abidələr içərisində ən qədimi Tunc dövrünün müxtəlif mərhələlərinə aid Yurdçu nekropoludur. Onlar içərisində ən qədim abidələr Orta Tunc dövrünün erkən mərhələsinə aiddir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, onlar üzəri torpaq və daş qarışıq kurqanla örtülmüş daş qutu tipli qəbirlərdən ibarət olmuşdur. Tаpıntılаr içərisində bоyаlı küpə yüksək sənətkаrlıqlа hаzırlаnmаsı ilə diqqəti cəlb еdir. Оnun аğzının kənаrı хаricə qаtlаnаrаq dəyirmiləşdirilmişdir. Bоğаzı qısа və silindrik, gövdəsi qаbаrıqdır. Üzəri qırmızı bоyа ilə örtülmüş, gövdəsinin yuхаrısı qırmızı bоyа üzərindən qаrа rənglə ştriхlənmiş üçbucаqlаrlа nахışlаnmışdır.
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Rundu
Rundu — Namibiyanın şimal-şərqində yerləşən şəhərdir.Okavanqo vilayətin inzibati mərkəzidir. Əhalisi 81,5 min nəfərdir(2010). Reqional ticarət və beynəlxalq turizm inkişaf edir.
Bundal adası
Bundal adası (urdu جزیرہ بندل) — Ərəbistan dənizində, Pakistana məxsus olan kiçik ada. 2006-cı ildə Pakistan hökuməti Bundal adası daxil olmaqla iki adanı "Emaar Properties" şirkətinin istifadəsinə verir. Şirkət adalara 43 mld $ dərərində yatırım qoymalıdır. Emaar Properties şirkəti BƏƏ ən böyük şirkətlərindən biridir. Onlar Bundal və Buddo adalarında infrastruktura qurmalıdır. Qasım limanı aksiyanın 15 % sahib olmalıdır.
Yurdçu dəfinəsi
Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir. Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.
Yurdçu kurqanları
Yurdçu kurqanları — Kəngərli rayonuun Yurdçu kəndinin qərbində yerləşən son antik dövrə aid olan arxeoloji abidə. Abidə bir qədər hündürdə olan uzunsov təpənin üstündə yerləşir. 1985-ci ildə ərazidə su anbarının tikintisi zamanı kurqanların çoxu dağıdılmışdır. Tədqiqatlar zamanı 17 qəbir abidəsi öyrənilmişdir. Kurqanların diametri 3- 5 metrdir. Qəbirlər quyu formasında olub dairəvi formadadır. Üzəri qalın kül təbəqəsi ilə örtülmüşdür. Qəbirlərdən çəhrayı, boz, sarı rəngli gil qab qırıqları, çay daşları, heyvan sümükləri, bıçaq, daş qəlib, qırmızı əqiqdən hazırlanmış muncuq, iki çıraq və daş mehrab, həmçinin çoxlu digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Gil qablar və bəzək əşyaları dəfn prosesində müəyyən ayinlərin icra edildiyini göstərir. Dəfn başa çatdıqdan sonra qəbrin üzərində od yandırılır, çox güman ki, qurban da kəsilirmiş.
Yurdçu nekropolu
Yurdçu nekropolu — Kəngərli rayonunun Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. 1983-cü ildə ərazidə aparılan tikinti işləri zamanı bir nçə daş qutu qəbir dağıdılmış, dağıdılmış qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Qəbirlərin üzəri daş və kurqan qarışıq kütlədən kurqan şəklində düzəldilmişdir. Kurqanların diametri 4 – 8 metr, hündürlüyü 0,2 – 0,5 metrdir. Dağıdılmış qəbirlərdən beşinin materialları toplanmışdır. Arxeoloji məmulatlar boyalı küpə, kasa,çaydan tipli gil qablar, tunc nizə ucu, sırğa, üzük, sancaq və digər bəzək əşyalarından ibarətdir.
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
İkievli bunduq
ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
Qudçu (Çaroymaq)
Qudçu (fars. قودچي‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (11 ailə).
Kürdçü
Kürdçü — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kürdçü Hacıqabul r-nunun Atbulaq i.ə.v.-də kənd. Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəlib, "kürdlər kəndi" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə kürdmənşəli ailələr saldığına görə belə adlanmışdır. Oykonimin Kürçü adının təhrif variantı kimi "Kür çayı sahilindən gələnlər" mənasında olması da güman edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.
Yurdçu yaşayış yeri
Yurdçu yaşayış yeri — Kəngərli rayonu rayonu ərazisində, Yurdçu kəndindən cənub-qərbdə ilk Dəmir dövrünə aid arxeoloji abidə. Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983-cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir. Abidədə arxeoloji qazıntı və ciddi tədqiqat işləri aparılmamışdır.
Büdcə
Büdcə (ing. budget; qədim Normand dilindən: bougette — pulla dolu çanta, dəri çanta, pul bağlaması, pul kisəsi) — hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir. == Büdcə avansı == Hər hansı dövlət xərcinin icra edilməsi üçün büdcə sənədlərinə xərc yazılmadan ödənilən nağd vəsaitdir. Məsələn, tenderi udan hər hansı bir şirkətin işə başlaya bilməsi üçün ona avans verilir. Bu avansın qarşılığı olan iş görülüb xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və avans müqaviləsi bağlanır. == Büdcə hesabı == Hər hansı məqsədlərin reallaşması üçün dövlət tərəfindən birbaşa maliyyələşdirilən müəssisənin, təşkilatın bank hesabı. Həmin müəssisə bu hesabdan yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə edə bilər. == Mənbə == Dövlət Maliyyəsi terminləri lüğəti, Dr.
Bünde
Bünd — Almaniyada yerləşən şəhərdir.
Sündü
Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub.
Budu Mdivani
Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis – 19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilab və vətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi. == Həyatı == === İlk illəri === 1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi. 1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi. === İnqilab və Vətəndaş Müharibəsi === Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, Batumi və Qafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
Caesalpinia bonduc
Guilandina bonduc (lat. Guilandina bonduc) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin guilandina cinsinə aid bitki növü.
Guilandina bonduc
Guilandina bonduc (lat. Guilandina bonduc) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin guilandina cinsinə aid bitki növü.
Oğlaq bürcü
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Balanslaşdırılmış büdcə
Balanslaşdırılmış büdcə (büdcənin balanslaşdırılması, balanslaşdırılmış büdcənin tərtib edilməsi; ing. balanced budget) — xərclərin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşdırılması və icrası prinsipi. == Tərifi == “Maliyyə-kredit ensiklopedik lüğəti”nə görə büdcə balansı büdcə xərclərinin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşması və icrası prinsiplərindən biridir. Büdcə gəlirlərinin (büdcə gəlirlərinin) ümumi dəyəri ilə xərclərin həcmi arasında bərabərliyin əldə olunduğu prinsip. Müvafiq olaraq, büdcə tarazlığının olmaması disbalans yaradır: büdcə xərcləri büdcə gəlirlərini üstələdikdə (büdcə kəsiri yaranır), bu isə büdcənin prinsipcə mümkün olmadığını bildirir; büdcə gəlirləri büdcə xərclərini üstələdikdə (büdcə profisiti yaranır), bu isə büdcə vəsaitlərindən istifadənin ümumi səmərəliliyinin aşağı düşməsi deməkdir. Bir sıra iqtisadçılar balanslaşdırılmış büdcələşdirməni əməliyyat büdcələrinin xüsusiyyətlərini dəyişdirməklə idarə olunan müxtəlif maliyyə göstəriciləri arasında optimal tarazlığın tapılması prosesi kimi müəyyən edirlər. Yalnız gəlirlilik göstəricisinin və ya pul vəsaitlərinin hərəkətinin miqdarının köməyi ilə deyil: birincisi, pul boşluqları və daimi vəsait çatışmazlığı ilə təhdid edir, ikincisi - sərbəst nağd pulun aşkar olması ilə real mənfəətin olmaması. Bəzi iqtisadçılar balanslaşdırılmış büdcəni ümumi xərclərin ümumi gəlirə bərabər olduğu büdcə kimi müəyyən edirlər. == Büdcə balanslaşdırma meyarları == Balanslaşdırılmış büdcə aşağıdakı xüsusiyyətlərə malikdir: pul vəsaitlərinin hərəkəti büdcəsi kəsirsizdir (gəlir xərcləri əhatə edir, investisiya xərcləri kreditlər və borclar hesabına ödənilir, likvidlik ehtiyatı verilir (planlaşdırılmamış ödənişləri ödəmək üçün və daxilolmalarda gözlənilməz gecikmələr olduqda)); kapitalın gəlirliliyi sahiblərin tələblərini ödəyir; maliyyə göstəriciləri məqsədlərə uyğundur. == Balanslaşdırıcı alətlər == Əsas büdcə balanslaşdırma alətləri kimi aşağıdakılar istifadə olunur: dolayı pul vəsaitlərinin hərəkəti büdcəsi; Düpon tənliyi; Mobli matrisi.
Büdcə davamlılığı
Büdcə davamlılığı — təsərrüfat subyektinin normal fəaliyyətini təmin edən büdcənin vəziyyəti. == Tərifi == “Maliyyə-kredit ensiklopedik lüğətinə” görə “büdcə dayanıqlığı” təsərrüfat subyektinin normal fəaliyyətini, ona həvalə edilmiş bütün səlahiyyətlərin tam və vaxtında maliyyələşdirilməsi əsasında həyata keçirilməsini təmin edən büdcənin vəziyyətidir. büdcədə nəzərdə tutulmuş xərclər, o cümlədən borcun ödənilməsi və xidmət. Büdcə davamlılığı iqtisadi agentin fəaliyyətinin maliyyə əsaslarının möhkəmliyini qiymətləndirməyə imkan verir. == Maliyyə davamlılığı vs büdcə davamlılığı == Büdcə davamlılığı anlayışı ümumi prinsiplər baxımından təsərrüfat subyekti üçün maliyyə dayanıqlığı anlayışına uyğundur: cari maliyyə dayanıqlığının tam əhatə olunması prinsipi. xərclər; xərclərin səmərəliliyi və qənaətcilliyi prinsipi; investisiya qoyuluşlarının məcburi həyata keçirilməsi prinsipi; gözlənilməz məsrəflərin və risklərin sığortası prinsipi. Anlayışlar öz xarakterinə, prinsiplərin məzmununa, sabitliyin miqyasına təsir edən amillərə və s. == Büdcə davamlılığının qiymətləndirilməsi üsulları == Büdcə davamlılığı yuxarıdan aşağıya qədər büdcənin istənilən səviyyəsində müəyyən edilə bilər. Eyni zamanda, stabil vəziyyətin hesablanması müddəti nə qədər uzun olarsa, öz səlahiyyətlərini həyata keçirmək və təsərrüfat subyektinin inkişafını təmin etmək üçün fəaliyyətlərin nə dərəcədə səmərəli və rasional həyata keçirilməsinin qiymətləndirilməsi bir o qədər dəqiqdir. Büdcə davamlılığının kəmiyyət və keyfiyyət xüsusiyyətlərini müəyyən etmək üçün hesablama və analitik üsullar istifadə olunur: əmsallar metodu; müqayisə metodu.
Büdcə uçotu
Büdcə uçotu (ing. budget accounting) — maliyyə və qeyri-maliyyə aktivlərinin və öhdəliklərinin vəziyyəti haqqında pul ifadəsində məlumatların toplanması, uçotu və ümumiləşdirilməsi, təsərrüfat subyektinin bu aktiv və öhdəliklərini dəyişdirən əməliyyatların uçotu üçün nizamlı sistem. == Tərifi == BSE-nin məlumatına görə, büdcə uçotu təsərrüfat uçotunun tərkib hissəsi olan büdcə idarə və təşkilatlarının büdcənin icrası prosesinin və xərclər smetasının uçotudur. Mühasibat uçotu vahid sistem əsasında qurulur, büdcənin gəlirləri və xərcləri haqqında zəruri məlumatlarla təmin edilir, genişləndirilmiş təkrar istehsal məqsədləri üçün gəlirlərin rasional bölüşdürülməsinə və yenidən bölüşdürülməsinə kömək edir. Büdcə uçotunun köməyi ilə büdcənin icrası prosesinin planlı idarə edilməsi, maliyyə-büdcə intizamı və xərclərə qənaət həyata keçirilir. “Maliyyə və kredit ensiklopedik lüğəti” büdcə uçotunu bütün səviyyələrdə büdcənin icrasının gedişi haqqında məlumatların toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi kimi müəyyən edir; təsərrüfat uçotu sisteminin bir hissəsi, o cümlədən onun üç növü: mühasibat uçotunun əsas rolu ilə əməliyyat, mühasibat və statistik. Büdcə uçotu büdcənin icrası prosesi ilə bağlı bütün maliyyə və təsərrüfat əməliyyatlarını əhatə edir. == Büdcə uçotunun vəzifəsi == Büdcə uçotunun vəzifəsi büdcənin icrası prosesini idarə etmək və ona nəzarət etmək (o cümlədən ümumi gəlir və xərclərin uçotu və fəaliyyət növü üzrə, büdcə vəsaitlərinin uçotu).
Elastik büdcə
Elastik büdcə (elastik qiymətləndirmə, ing. flexible budget) — müxtəlif fəaliyyət səviyyələrində (satış həcmlərində) maddələrinin tənzimlənməsinə imkan verən büdcə. == Tərifi == Tərif İngilis professoru Kolin Druri elastik büdcəni müxtəlif fəaliyyət səviyyələri üçün düzəldilə bilən büdcə kimi müəyyən edir. Elastik büdcə elastik standart göstəricilərdən istifadə edir. Amerikalı professor Rey Qarrison elastik büdcəni müəyyən fəaliyyət həcmlərində biznes fəaliyyətinin istənilən səviyyəsində çəkiləcək xərcləri qiymətləndirən büdcə kimi müəyyən edir. Nəzarət oluna bilməyən amillər (məlum olmayan və müvafiq olaraq planlaşdırılmayan xarici şərait) büdcə maddələrində dəyişən xərcləri dəyişmiş (artırmış/azalmış), sabit xərclər isə dəyişməz qalmışdır. Hesabat dövrü başa çatdıqdan sonra menecer, idarəolunmaz fəaliyyət amillərinin təhrifedici təsiri olduqda, bu sapmaları nəzərə almağa başlayır. İlkin büdcə dəyişkən məsrəf maddələri baxımından faktiki fəaliyyət səviyyəsinə uyğunlaşdırılır (əgər istehsalın həcmi artıb/azalıbsa, o zaman birbaşa xərclər də artıb/azalıb), beləliklə, elastik büdcə tərtib edilir və sonra təhlil edilir. Amerikalı professor Çarlz Hornqrenin fikrincə, elastik büdcə planlaşdırılmış gəlirin və ya planlaşdırılan xərclərin həcminə əsaslanaraq, faktiki məhsulun (və ya satışın) həcminə uyğunlaşdırılaraq formalaşır. Elastik büdcə məhsulun faktiki istehsalının / satışının həcmindən və statik büdcədən — istehsal / satışın planlaşdırılmış səviyyəsindən istifadə edir.
Hərbi büdcə
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Statik büdcə
Statik büdcə (sıx büdcə, ing. static budget) — planlaşdırma dövrünün əvvəlində formalaşan və biznes fəaliyyətinin müəyyən səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə. Tərifi Amerikalı professor Rey Harrison statik büdcəni planlaşdırma dövrünün əvvəlində formalaşan və müəyyən biznes fəaliyyəti səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə kimi müəyyən edir.
Burcu Köksal
Burcu Köksal (1 yanvar 1980, Afyonkarahisar) — hüqüqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Burcu Köksal 18 yanvar 1980-ci ildə Afyonqarahisar ilində anadan olub. 2002-ci ildə İstanbul Universiteti Hüquq bölməsindən məzun olub. 2004-cü ildə Afyonqarahisar ilində hüquqşünas olaraq peşə fəaliyyətini davam edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2007-ci ildə CHP Afyonqarahisar il qadın qanadının sədri seçilib. İyun 2015 və noyabr 2015-ci illərdə Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2018-ci il parlament seçimlərindən əvvəl İYİ Partiyanın TBMM-də qrupunun qurulması üçün 14 CHP-li deputatla birgə İYİ Partiyaya üzv olub. 10 may 2018-ci ildə CHP-yə geri dönüb. 2018 və 2023-cü illərdə də Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. == Yaranış == "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. == Musiqidə == Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.
Sən bunu bilməlisən (film, 1961)
Kinolentdə xəstəliklərin vaxtında qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin vacibliyindən söhbət gedir. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Drakula: Ölmüş və bunu sevmiş
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir.
Drakula: Ölüdür və bunu sevir (film, 1995)
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir.