BUQƏLƏMUN

is. [ ər. ]
1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir.
Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə gələn kiçik həşəratı tutub yeyir. H.Zərdabi.

2. məc. Öz fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondandona girən adam haqqında.
Buqələmun kimi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır. A.Şaiq.
Səlimi … “bu qorxunc buqələmunlar mühit və həyatı hələ nə qədər zəhərləyəcəkdir!” – deyə düşündü. M.İbrahimov.
Bu siyasi buqələmunlardan cümhuriyyət miqyasında neçəsi vardı? Ə.Əbülhəsən.

Синонимы

  • BUQƏLƏMUN BUQƏLƏMUN (cildinin rəngini mühitə görə dəyişən heyvan; məcazi mənada “hər dona girən adamda da deyilir) Bu siyasi buqələmunlardan cümhuriyyət miqyası

Этимология

  • BUQƏLƏMUN Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb
BUKLET
BUQƏLƏMUNLUQ
OBASTAN VİKİ
Buqələmun
Buqələmun (lat. Chamaeleo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin buqələmunlar fəsiləsinə aid heyvan cinsi.
Adi buqələmun
Adi buqələmun (lat. Chamaeleo chamaeleon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin buqələmunlar fəsiləsinin buqələmun cinsinə aid heyvan növü.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Buqələmun (dəqiqləşdirmə)
Buqələmun — buqələmunlar fəsiləsinə aid heyvan cinsi. Buqələmun (bürc) — Göyün cənub yarımkürəsindədir. Buqələmun (qəzet) — Cənubi Azərbaycanda qəzet.
Buqələmun (roman)
Buqələmun — Ülviyyə Tahirin romanı. == Məzmun == Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin sizə təqdim olunan "Buqələmun" romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərdən söhbət açılır. Romanda ailədaxili münasibətlərin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilab usta bir qələmlə təsvir olunmuşdur. Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.
Buqələmunlar
Buqələmunlar (lat. Chamaeleonidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях