BUQƏLƏMUN

Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb. İkinci adı da üzülən olub (tez-tez rəngini, üzünü dəyişir). Kələr bizdə çox yayılmış söz olub: sukələri –salamandra, qumkələri –kərtənkələ və s. İndi bircə kərtənkələ sözü saxlanılıb. Kələr sözünün mənası “gödək” deməkdir. Kərtənkələ yerinə, “kəltə­ilan” (gödək ilan) da deyiblər. Deməli, buqələmun sözünün yerinə, qayakələri (və ya üzlən) işlətmək pis olmazdı, bunu H.Zərdabi də məsləhət bilmişdir. O yazırdı ki, buqələmun kərtənkələnin bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BUXTA
BULA
OBASTAN VİKİ
Buqələmun
Buqələmun (lat. Chamaeleo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin buqələmunlar fəsiləsinə aid heyvan cinsi.
Adi buqələmun
Adi buqələmun (lat. Chamaeleo chamaeleon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin buqələmunlar fəsiləsinin buqələmun cinsinə aid heyvan növü.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Buqələmun (dəqiqləşdirmə)
Buqələmun — buqələmunlar fəsiləsinə aid heyvan cinsi. Buqələmun (bürc) — Göyün cənub yarımkürəsindədir. Buqələmun (qəzet) — Cənubi Azərbaycanda qəzet.
Buqələmun (roman)
Buqələmun — Ülviyyə Tahirin romanı. == Məzmun == Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin sizə təqdim olunan “Buqələmun” romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərdən söhbət açılır. Romanda ailədaxili münasibətlərin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilab usta bir qələmlə təsvir olunmuşdur. Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.
Buqələmunlar
Buqələmunlar (lat. Chamaeleonidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях

англича́не вертика́льность выде́лывание вы́жариться крова́вить мать-герои́ня надёргать насти́рываться отшлифо́вываться тривиа́льно яхт-клу́бский времяпровожде́ние завоёвываться оплеу́ха мичман air-letter disparaging hangout outside platinum blonde protovirus tau-cross обочина отблаговестить шпатель