buxar-turbin
buxarabənzər
OBASTAN VİKİ
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır. İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir. X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var.
Buxara Atalığı
Buxara atalığı və atalıq, həmçinin Böyük atalıq özb. Buxoro otalig'i, Otaliq) — Buxara xanlığında 1601-1753-cü illərdə Həştərxanilər sülaləsinin hakimiyyəti ilə başlayan vəzir və ali hörmətli rütbəyə bərabər tutulan dövlət vəzifəsi. 1601-1753-cü illərdə mövcud olmuşdur. Atalıq - xanın əmisi və ya tərbiyəçisi kimi tərcümə olunur, özbək dilindən tərcümədə "atanın yerini tutmaq" deməkdir. Ənənəvi olaraq bu hüquq xüsusilə hörmətli və alicənab insanlara verilirdi. Bənzər bir ad (titul) - Atabəy Azərbaycanda da mövcud idi. == Tarixi == Qızıl Ordada (1224-1483) taxtın varisinin yanında ən yüksək məmur olaraq atalıq adı xüsusilə şərəfli və hörmətli olanlara verildi. Daha sonra "atalıq" varis olan gənc sultanların hamisi və tərbiyəçisi idi. == Buxara xanlığında titul == Atalıq adı Özbək xanlığında istifadə edilmişdir (1428-1468). Əbülxeyr xanın nəvəsi - Şeybani xan tərəfindən Mavərənnəhrin fəthindən sonra Şeybani dövlətində bu titul tətbiq edildi.
Buxara döyüşü
Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasanilər arasında paylaşılmışdır. == Arxa plan == Göytürklərin Çindən Aralıq dənizinə uzanan İpək yoluna hakim olmağa başlamasıyla birlikdə qərbdə Ağ Hun imperiyası ilə qonşu halına gəldilər. Ağ Hun imperiyası 350-ci ildən bəri Şimali Əfqanıstan və Məvaraünnəhr bölgələrində mövcudiyyətini davam etdirməkdə və İpək yolu ticarətini əlində tutmaqda idi. Bu bögələri əlində tutmaq üçün də Sasani imperiyası ilə davamlı toqquşma içərisində idilər. Bu dövrdə böyük güc olaraq ortaya çıxan gpytürklər də bu böldələri ələ keçirmək və İpək yolu ticarətini nəzarət altına almaq istəyirdilər. == Döyüş == Bunun üçün İstəmi Yabqu komandanlığındakı Göytürk ordusu 556-cı ildə Ağ Hun imperiyasına qarşı hücuma keçdi. Şərqdə Göytürk, qərbdə də Sasani hücumları qarşısında çətin vəziyyətdə qalan Ağ Hun imperiyası 555 və 558-ci illərdə Çindəki Qərbi Vey dövlətinə elçi göndərərək ittifaq təklif etdi. İstəmi Yabqu isə buna cavab olaraq Sasani imperiyası ilə ittifaq qurmaq fikrinə düşdü. Bunun üçün də qızını Sasani imperatoru I Xosrov ilə evləndirdi.
Buxara karvansarası
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara karvansarayı
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Buxara vilayəti
Buxara vilayəti — Özbəkistanda vilayət. Sahəsi 40,3 min km2, əhalisi 1,7 milyon (2011). 13 rayonu, 10 şəhəri, 3 şəhər tipli qəsəbə var. Mərkəzi Buxara şəhəridir. == Təbiət == Səthi şimal-qərbə doğru azmeyilli düzənlikdir. Ərazinin çox hissəsini Qızılqum səhrası tutur. Vilayətin şimalında Kulcuktau (785 m) dağları, cənub-şərqində Zərəfşan çayının geniş dərəsi uzanır. Mühüm çayı olan Zərəfşandan və Türkmənistan Respublikası ilə sərhəddəki Amudərya çayından suvarmada istifadə edilir. Şor göllər var. Suvarılan rayonlarda (torpaq fondunun təqribən 2%-i) çəmən, allüvial, bataqlıq-çəmən, səhra-otlaq rayonlarında açıq-boz, qumlu və s.
Buxara xanlığı
Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bugünkü Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) və Mangit hakimiyyəti olmaqla üç dövrü əhatə etmişdir. == Şeybani xanlığı == Şeybani xanlığı (1428–1468, 1500–1599), Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və özbəkləri idarə edən Əbu ül Xeyir tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir. === Şeybani xanları === Məhəmməd Şeybani (1500–1510) Köçkuncu (1510–1531) Müzaffərrəddin Əbu Səid (1531–1534) Əbul Qazi Ubeydallah (1534–1539) I Abdallah (1539–1540) Əbdüllətif (1540–1552) Novruz Əhməd (1552–1556) I Pir Məhəmməd (1556–1561) İsgəndər (1561–1583) II Abdallah (1583–1598) Abdül Mömin (1598–1598) II Pir Məhəmməd (1598–1598) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) Buxara Xanlığı (1599–1785) kimi xatırlanır. Həştərxan hakimiyyəti 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulmuş və bu hakimiyyət 1804-cü ildə tamamilə yıxılmışdır.
Buxara yürüşləri
Buxara yürüşləri — Rusiya qoşunlarının 1866–1868-ci və 1870-ci illərdə Buxara əmirliyinə qarşı hərbi ekspedisiyaları. == Yürüşlərin səbəbləri == Rusiya Krım müharibəsindən (1853–1856) sonra Mərkəzi Asiya və Qazaxıstanda öz işğalçılıq siyasətini xeyli genişləndirdi. Rusiya və İngiltərə Mərkəzi Asiya və Qazaxıstanı öz nüfuz dauirələrinə çevirmək uğrunda kəskin mübarizə aparırdılar. Buxara xanlığının Kokandın köməyinə gəlməsi ruslara bu torpaqlara yürüş üçün də bəhanə yaratmışdı. Buxara əmirliyi ilə toqquşmaya əsas səbəb də general-mayor M. Q. Çernyayevin komandanlığı altında rus qoşunları tərəfindən Mərkəzi Asiyada hakim strateji məntəqənin — Kokandın Daşkənd qalasının istila edilməsi oldu. Buna cavab olaraq Buxara hakimiyyətinin sərəncamı ilə əmirin yanına göndərilmiş Rusiya elçiliyi və bütün rus tacirləri həbs edildi. Rusların əmir Müzəffərəddinin qoşunlarını məğlub etməsi və əmirliyin ərazisinin bir hissəsinin, o cümlədən Xocənt, Ura-Tübə, Cizak şəhərlərinin işğalı (1866) Buxara tərəfini sülh danışıqlarına başlamağa məcbur etsə də, əmir ruslarıın şərtləri ilə razılaşmadı. 1867-ci ildə Rusiyanın Orta Asiyada işğal etdiyi bütün ərazilər Türküstan general-qubernatorluğu adı altında birləşdirildi. İmperator II Aleksandr tərəfindən müstəsna səlahiyyətlər almış general-leytenant K. P. Kaufman general-qubernator təyin edildi.. 1867-ci il 1 sentyabrda general-leytenant K. P. Kaufman Buxaraya ultimatum mahiyyətli Rusiya-Buxara sazişinin mətnini göndərdi.
Buxara yəhudiləri
Buxara yəhudiləri (ivr. ‏יהדות בוכרה‏‎, rus. Среднеазиатские евреи, Бухарские евреи) — tacik dilinin Yəhudi-tacik dilaektində danışan yəhudilərin adı.
Buxara əmirliyi
Buxara Əmrliyi (Özbəkcə: Buxoro Amirligi (1785 – 1920)), Həştərxan hakimiyyətinin son xanı olan Əbul Qazi zamanında, Məhəmməd Rəhm Xan rəhbərliyindəki Monqol mənşəli ancaq Çingiz xan soyundan olmayan Manqıtlar 1747-ci ildə Buxaranı işğal edərək 1753-cü ildə Əmrliyini elan etmişdi. Dövrün Orta Asiyanın adətinə görə Çingiz Xan soyundan gəlməyən Xan ola bilmədiyi üçün 1756-cı də "Əmir əl-Möminin" ünvanını istifadə etmişdi və 1785-ci ildə Həştərxan hakimiyyətinin Buxara xanlığına son qoymuşdur. 1747-ci ildə Nadir Şahın ölümündən sonra, Muhammad Rəhm Xan, Abulfayz Xanı və onun oğulunu öldürdülər, beləcə Cani hakimiyyətinə son qoyuldu. Bundan sonra əmrlər oyuncaq xanlara icazə verdilər, Abdul Qazi Xanın ölümündən sonra Mir Günahsız Şah Muradın taxta çıxması üçün imkan yarandı Manqıtler zamanında xanlığın sərhədləri daralmağa başladı və XIX əsrin sonlarına doğru mərkəz olan Buxaraın da ruslar tərəfində işğalından sonra Buxara xanlığı Rus boyunduruluğuna keçdi və 1920-ci ildəki Sovet işğalına qədər yarı müstəqil qaldı. Xanlıq torpaqları 1860-cı ilə qədər bugünkü Türkmənistanı, Özbəkistanın qərbini və Qazaxıstanın cənub-qərbini əhatə edirdi. Xivə xanlığı və Kokand xanlığı ilə birlikdə Özbək üç xanlığı olaraq xatırlanmışdır.
Yeni Buxara
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Buxara Kommunist Partiyası
Buxara Kommunist Partiyası (fars. حزب کمونیست بخارا‎; rus. Бухарская коммунистическая партия; özb. Buxoro Kommunistik Partiyasi) – 1918–24-cü illərdə Buxara Xalq Sovet Respublikasında mövcud olmuş siyasi partiya. == Tarixi == Partiya 1918-ci ildə cədidizm hərakatının bir qolu kimi qurulmuşdur. Partiyanın başçıları N. Husaynovim, A. Aliyev, N. Kurbanovim, A. Turayevim və başqaları olmuşdur. Partiya 1920-ci ilin yayında ikinci Kommunist İnternasional konqresinə nümayəndə göndərmişdir 16–18 avqust 1920-ci ildə baş tutmuş dördüncü partiya konqresi zamanı Buxara işçilərinə silahlı inqilab üçün hazırlaşmaq barədə müraciət edilmişdir. Türkistan Kommunist Partiyasının mərkəzi komitəsi Buxaradakı inqilaba kömək etməsi üçün silahlı döyüşçülər göndərməyə qərar vermişdir. İnqilab 23 avqust tarixində Sakar-Bazarda başlamışdır. İlk bir ay ərzində Buxara ərazisi inqilabçı qüvvələr tərəfindən ələ keçirilmişdir.
Kukeldaş mədrəsəsi (Buxara)
Kukeldaş mədrəsəsi (özb. Koʻkaldosh madrasasi) — 1569-cu ildə Buxara xanlığının paytaxtı - Buxarada (indiki Özbəkistanın Buxara vilayətinin inzibati mərkəzi) qurulmuş iki mərtəbəli Orta Asiya mədrəsəsidir. Özbək hökmdarı II Abdulla xanın (1557-1598) dövründə himayədar qardaşı və yaxın yoldaşı - Qulbaba Kukeldaş hesabına inşa edilmişdir. Orta Asiyanın ən böyük mədrəsəsidir. Yan fasadlarında tağlı açıq eyvanların tikildiyi ilk mədrəsədir. Əsas məqsəddən əlavə, mədrəsədə bəzən başqaları da olurdu: burada müəllimlər və ya tələbələrdən əlavə, yad insanlar da yaşaya bilərdi və aşağı mərtəbədəki xarici otaqları ticarət üçün istifadə edilmişdir. XVIII əsrdə mədrəsə binası hətta karvansara kimi istifadə olunurdu. Ancaq hər şeydən əvvəl, 1920-ci illərə qədər ali təhsil müəssisəsi olaraq qalmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Frunzenin idarəsinə çevrildi, sonra müxtəlif dövrlərdə Buxara qədim abidələrin və sənət əşyalarının qorunması komissiyası Buxkomstaris, Buxara muzeyi və Regional Arxiv adı altında mövcud oldu. Mədrəsə ənənəvi olaraq Ləbi hovuz memarlıq ansamblının ən qədim binasıdır.
Buxara məscidi (Kazan)
Buxara məscidi (tatar. Бохара мәчете) — Rusiya, Tatarıstan, Kazan şəhərindəki məscid və dini abidə. Məscid 2017-ci ildə istifadəyə verilmişdir. == Memarlığı == Məscid Krallıq İstirahət Mərkəzinin (Buxarskaya küç., 3A) binasında yerləşir, burada restoran, boulinq və banket zalı yerləşir. Bu, dəyişkən sayda mərtəbəli (2-3 mərtəbəli) müasir memarlıq binasıdır. Məscid Buxara küçəsindən ayrıca girişi olan binanın üç mərtəbəli sağ qanadında yerləşir . Eyni zamanda, məsciddən birbaşa halal müəssisə kimi yerləşən restorana getmək olar. Namazxana 3-cü mərtəbədə yerləşir. İki düzbucaqlı sütunla bölünür. Mehrab zalın küncündə yerləşir.
Buxara Sovet Sosialist Respublikası
Buxara Sovet Sosialist Respublikası (qısaldılmış Buxara SSR və ya BSSR ) cəmi 40 gün ərzində mövcud olmuş bu dövlət Buxara Xalq Sovet Respublikasının (BXSR) varisidir. Buxara respublikanın adının özündən qaynaqlandığı dövlətin paytaxtı və ən böyük şəhəri idi. Respublikanın qalan ən böyük şəhərləri Qarşı, Termez, Cərco, Kulob, Düşənbə və Şahrisabzdır. == Ədəbiyyat == Бухарская Народная Советская Республика // = Большая советская энциклопедия. — Москва: Советская энциклопедия, 1926—1990. Бухоро Халқ Совет Республикаси // = Национальная энциклопедия Узбекистана. — Ташкент, 2000—2005. Ишанов А. И. Бухарская Народная Советская Республика. Ташкент, 1969 (библ. с.
Buxara Xalq Sovet Respublikası
Buxara Xalq Sovet Respublikası (qısaca: Buxara XSR) — dövlət, Buxara əmirliyinin 2 sentyabr 1920–ci ildə ləğvindən sonra yaranmışdır.
Türkmən Muxtar Vilayəti (Buxara XSR)
Türkmən Muxtar Vilayəti — Buxara XSR–in tərkibində, 1923–1924-cü illərdə mövcud olmuş muxtar vilayət.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.
Buxaranın gəmisi
Buxara gəmisi əvvəllər eramızdan əvvəl V əsrdə qurulan və işğal edilən Özbəkistanın Buxara şəhərində yerləşən böyük bir qaladır. Gəmi hərbi quruluşa əlavə olaraq, qalanın tarixində, Buxaranın ətrafındakı bölgəni idarə edən müxtəlif kral məhkəmələri tərəfindən məskunlaşan bir mahalı əhatə edirdi. Gəmi 1920-ci ildə Rusiyaya düşənə qədər bir qala kimi istifadə edildi. Hal-hazırda, Ark bir turistik məkandır və tarixini əhatə edən muzeylər var. == Təsvir == Ark müasir Buxaranın şimal-qərb hissəsində yerləşən böyük bir saxsıdır. Layoutda qərbdən şərqə bir az uzanan dəyişdirilmiş düzbucağa bənzəyir. Xarici divarların perimetri 789.6 metr (2,591 ft), əhatə olunmuş ərazisi 3.96 hectare (9.8 acre) . Divarların hündürlüyü 16 to 20 metr (52 to 66 ft) arasında dəyişir 16 to 20 metr (52 to 66 ft) . Türbəyə giriş mərasimi 18-ci əsrin iki qülləsi tərəfindən memarlıqla bəzədilmişdir. Qüllələrin yuxarı hissələri bir qalereya, otaqlar və terraslarla bağlanır.
Gənc buxaralılar
Gənc buxarılılar (özb. Yosh buxoroliklar və ya Mladobraxianlar) — 1909-cu ildə ildə Buxarada qurulan gizli cəmiyyət və islahatçı, islamı qərb elmi əsasında modernləşdirməyi məqsəd kimi qəbul edən cədidizm hərəkatının bir hissəsi. == Tarixi == Öz adlarını Gənc türklərdən təsirlənərək qəbul edən Gənc buxaralılar ideologiyalarını güclü inqilab hissləri ilə qarışdırmışdılar. 1918-ci ilin mart ayında onlar Daşkənd Sovetliyinin yardımı ilə Buxarada hakimiyyəti ələ almağa çalışdılar, lakin sonda Əmir Məhəmməd Alim xan tərəfindən məğlub edilərək Daşkəndə qaçmağa məcbur oldular. onlar Buxaraya birdə 1920-ci ilin may ayında geri dönə bildilər: Qızıl Ordu Buxaranı ələ keçirdi və Gənc Buxaralılar şəhərə geri döndülər. Onlar burada Buxara Xalq Sovet Respublikasının ilk hökumətini təşkil etdilər. Gənc buxaralıların əksəriyyəti 1923-cü ildə Özbəkistan Kommunist Partiyasına qoşuldular. Onlar ölkədəki hakim mövqelərini Böyük təmizləmə zamanı repressiyaya məruz qalana qədər saxlaya bilmişdilər. Gənc xivəlilər və Gənc buxaralılar Şərqi Türküstan İslam Cümhuriyyətini yaradanların ilham mənbəyi olmuşdurlar.
Buxarayi-şərif
Buxarayi-şərif (tac. Бухорои Шариф; azərb. Şərəfli Buxara‎) — 11 mart 1912-ci ildən 2 yanvar 1913-cü il yanvarına qədər Buxaradan bir qədər aralıda yerləşən Yeni Buxara kəndində çıxmış tacikdilli qəzet. Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə olmuşdur. == Tarixi == "Buxarayi-şərif" 11 mart 1912-ci ildə Yeni Buxara kəndində yerli cədidçi fəallar tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Rusiya İmperator Ordusunun generalı Mirheydər Qasımoviç Mirbədəlov idi. Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə idi. Qəzetin əsas sponsoru və naşiri Buxara yəhudisi K. L. Levin olmuşdur. Yarandığı ilk aylarda qəzet altı dəfə, sonralar isə həftədə üç dəfə bağlanana qədər nəşr olunmuşdur. 12 yanvar 1913-cü ildə qəzetin nəşri Rusiya hakimiyyəti tərəfindən qadağan ediılmişdir.

Значение слова в других словарях