Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil. Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Şərəfli
Şərəfli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Seyfəli Rəfiyev
Seyfəli Musa Oğlu Rəfiyev (21 dekabr 1997; Siyəzən, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində dünyaya göz açıb. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə almışdır. O, təhsil aldığı müddətdə dərslərində bir çox müvəffəqiyyətlər qazanmış və dərslərinə hər zaman hazırlıqlı olmuşdur. Seyfəlinin mərhəmətli ürəyində bir çox arzu və istəkləri olsa da ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq idi. Vətənpərvərliyini hələ o vaxt bəlli etdi ki, orta məktəbi bitirib məzun olduqdan sonra tələbə adını qazanmaq əvəzinə əsgər olmağı seçdi. 2016-cı il yanvar ayının 5-i həqiqi hərbi xidmətə çağrıldı. Canından çox sevdiyi vətənin keşiyində durmuş Seyfəlimiz komandirlərinin sevgisini qazanmış və bir neçə fəxri fərman alaraq iyul ayının 5-i xidmətini başa vuraraq geri dönmüşdür. Ermənlərin günahsız dinc əhaliyə etdiyi vəhşilikləri düşündükcə düşmənə olan kini qəzəbi daha da artırdı, əsgərlikdən dönməyi 1 il belə deyildi ki, Seyfəli Rəfiyev Bakı şəhərində Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq Maxe kimi Vətənə xidmətə dəvam etdi Seyfəli Rəfiyev "Kəşfiyyatçı Gizir" kimi bir çox uğurlar qazanmaqla yanaşı aprel döyüşlərində də qəhrəmancasına iştirak etmişdir Və həmin bu uşaq idi ki Qarabağ uğrunda gedən İkinci Qarabağ müharibəsində qızğın döyüşlər zamanı böyük rəşadət göstərərək qəhrəmancasına Füzuli rayonunda şəhid oldu.
Yuxarı Seyfəli
Yuxarı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 3725 nəfərdir ki, onunda 1819 nəfəri kişi,1906 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şərəfli oymağı
Şərəfli oymağı — Ustaclı elinin böyük qollarından biri. Ustaclı elinə bağlanan oymaqlardan biri də Şərəflidir. Şərəfli oymağı Sivasdan sonra Diyarbəkrdə məskunlaşmışdı. Diyarbəkr Osmanlı dövlətinin tərkibinə keçəndən sonra Azərbaycana köçdülər. Azərbaycanda Qaradağda, İrəvanda və sonradan Naxçıvanda yurd tutdular. Bir qolu Astrabadda yerləşmişdi. Bədr xan Ustaclı Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Şərəfli yukka
Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır.
Şerəli Curayev
Şerəli Curayev (12 aprel 1947, Asaka[d], Əndican vilayəti – 4 sentyabr 2023, Daşkənd) — Ssenari müəllifi, Özbək və Türk xalq artisti.[mənbə göstərin] Şerəli Nurməhəmməd oğlu Curayev 12 aprel 1947-ci ildə Özbəkistanın Əndican şəhərində anadan olub. Daşkənd Teatr İnstitutunda təhsil alıb (1966-1970). 1970-ci ildən Özbəkistan Dövlət Filarmoniyasının solistidir. Özbəkistan xalq artistidir.
Şerəli Yurayev
Şerəli Yurayev (özb. Sherali Jo‘rayev; 13 dekabr 1986) — Özbəkistan cüdoçusu. Şerəli Yurayev Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Şerəli Yurayev birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Əlcəzairin nümayəndəsi Abderahmane Benamadi ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 0:0 hesabı ilə bərabərə qalsa da, şido xalları ilə qalib gəldi. Daha sonra Şerəli Yurayev 1/16 final mərhələsində İsveç təmsilçisi Markus Numan ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 1:101 hesabı ilə uduzdu.
Sürməli
Sürməli mahalı — indiki Türkiyədə mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli qəzası — Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza.
Sədəfli
Sədəfli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Sədəf Yekəxanası olmuşdur. Tədqiqatçıların ehtimalma görə, oykonim kəndin ilk sakinlərindən olan Sədəf adlı şəxsin adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 335 nəfər əhali yaşayır. Kənd Mərəzə platosunda, Qarpızlı yaylasının yamacında yerləşir.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Xəlfəli
Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda yaşayış sahəsi. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Zərnəli
Zərnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. Zərnəli kəndi Həkəri çayının sahilində, təpəli düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalindan, Arazın sağ sahili boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Sərhədi
Sərhədi (kürd. Serhedî), həmçinin şimali kurmanc dili (kürd. Kurmancîya bakur) — Türkiyədə və İran Kürdüstanının şimal-qərbində yayılmış kürd dillərinin variasiyalarından biri. Kurmanc dilinin növlərindən biri kimi təsnif edilir.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Aşağı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyfəli bəy Baharlı
Yuxarı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şərəfli Yol (1974)
Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir. Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şərəfli Yol (1989)
Köhnə Şərəli (Bakalı)
Köhnə Şərəli (başq. Иҫке Шәрәшле, rus. Старые Шарашли) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 81 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (39 %) və kryaşenlər (39%) üstünlük təşkil edir.
Yeni Şərəli (Bakalı)
Yeni Şərəli (başq. Яңы Шәрәшле, rus. Новые Шарашли) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (95 %) üstünlük təşkil edir.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şərəfli yol (film, 1974)
Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir. Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şərəfli yol (film, 1989)
Şərəfli yol — "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan qısametrajlı sənədli film. Kinolentdə İsmayıllı rayonunun təsərrüfat rəhbərlərindən birinin fəaliyyətindən danışılır. Film İsmayıllı Rayonu İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
100 illik şərəfli ömür
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. Dövlət sərhəd keçid məntəqəsi Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. 2008 — rus.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev (12 mart 1953, Ağdaş)— fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Naxçıvan rayonu, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan – 2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960). Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb. "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır. Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.
Şerəli və Aybərçin (film, 1989)
Şerəli və Aybərçin — 1989-cu ildə sovet kinorejissorları tərəfindən yaradılmış film. Filmin ssenarisini baş rolu ifa edən məşhur özbək müğənnisi Şerəli Curayevə məxsusdur. Film XV əsrdə yaşamış özbək müğənnisinin həyat və məhəbbətindən bəhs edir.
100 illik şərəfli ömür (film, 2019)
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
Şeyxəli
Şeyxəli (Bukan)
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.