BÜRO
BÜROKRATCASINA
OBASTAN VİKİ
Bürokrat
Bürokrat bir dövlət orqanında işləyən ali məqamlı məmurdur. Siyasətçilərdən fərqli olaraq vəzifəyə seçki ilə yox, təyinatla gəlirlər. Ən yüksək rütbəli bürokratlar; müşavirlər, səfirlər, konsullar, qubernatorlar, attaşeler, kaymakamlar, şöbə müdirləri və SEE rəhbərləridir. Ali məqamlı məmur olsa da, bir çox dövlət işçisindən daha çox ön sıralarda olmaq potensialına malikdir.
Bürokratiya
Bürokratiya (fr. bureau, idarə və yun. kratos – hakimiyyət) — bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi ilə latıncadakı kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir. == Tarixi == Bürokratiya terminini ilk dəfə 1745-ci ildə fransız iqtisadçısı V. de Qurne (1712–59) işlətmişdir. Bürokratiya ilk əvvəl dövlət idarəetmə sistemində meydana gəlmişdir. 20-ci əsrdə bürokratik aparat sənaye müəssisələrində, siyasi partiyalarda, həmkarlar ittifaqlarında, təhsil idarələrində yayılaraq, hər bir iri təşkilatın ayrılmaz elementinə çevrildi. Kütləvi şüurda və siyasi publisistikada Bürokratiyaya, bir qayda olaraq, yalnız formalizm, səriştəsizlik korrupsiya kimi neqativ cəhətlər aid edilir. Sosiologiya və politologiyada bürokratik idarəetmənin həm pozitiv, həm də neqativ tərəfləri nəzərdən keçirilir. Bürokratiya fenomeninin nəzəri təhlilinə 19-cu əsrin ortalarından başlanılmışdır.
Layihə:Bürokratlar
Bürokrat aşağıdakı hüquqlara sahib inzibatçılara verilən addır. istifadəçiyə müvafiq bürokrat seçkisinin nəticəsinə uyğun olaraq bürokrat statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə müvafiq inzibatçı seçkisinin nəticəsinə uyğun olaraq inzibatçı statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə bot statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər); istifadəçiyə interfeys inzibatçısı statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər).Bürokratlar öz fəaliyyətlərində ilk növbədə qanunlara və vikicəmiyyətin razılığına əsaslanmalıdırlar. Məsələn, onlar istifadəçiyə inzibatçı statusu verərəkən inzibatçılar, bürokrat statusu verərkən isə Bürokratlar səhifəsindəki səsvermənin nəticələrini əsas götürülməlidir. Bot statusunun verilməsi üçün bot sahibinin Botlar səhifəsində müraciəti olmalıdır. Bot statusunun alınması üçün ya bot sahibinin özünün razılığı, ya da bunun üçün tutarlı əsaslar lazımdır. Azərbaycanca Vikipediyada hal hazırda 4 bürokrat var (bürokrat hüququ olan istifadəçilərin tam siyahısı). === Hazırkı === Sortilegus (müzakirə • töhfələr) Eldarado (müzakirə • töhfələr) Turkmen (müzakirə • töhfələr) Toghrul R (müzakirə • töhfələr) === Keçmiş === Mehrdad (müzakirə • töhfələr) Baskervill (müzakirə • töhfələr) Hazırda heç bir seçki yoxdur.

Digər lüğətlərdə

вса́сываться лесозаготови́тель по-де́довски помере́щиться поспева́ние сарма́тка фарадиза́ция формализи́роваться бесчи́нствовать влия́тельность костяно́й невырази́тельный обве́шиваться оскреба́ть битсы hey individuality pronephros redolent silver protein дождемер извращение ловкачество обварить револьверный