BÜRYAN

sif. [ fars. ] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış).
□ Büryan eyləmək (etmək)1) odda yandırmaq, qovurmaq;
2) məc. kabab eləmək, yandırmaq.
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni bir yan eylədi. Nəsimi.
Gər visalından mədəd qılmazsan, ey aram can; Çeşmimi giryan edib bağrımı büryan eyləmə! Xətayi.
Tutam zülfün üçün dönəm başına; Bağrımı oduna büryan eyləyəm. M.P.Vaqif.

Büryan olmaq1) odda yanmaq, qovrulmaq;
2) məc. kabab olmaq, yanmaq.
Əyyami-visalə yetdi hicran; Vəqt oldu ciyərlər ola büryan. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜRYAN büryan bax isti 1
BÜRÜŞÜKLÜK
BÜSAT

Digər lüğətlərdə