Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur.
== Tarixi ==
Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da
göstərilir.
Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində
yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi.
Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir.
Mürəkkəb quruluşlu etnotoponimdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645
nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş
və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ
qalan sakinləri geri dönmüşdür.