BƏRKİMƏK

f.
1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək.
// Qurumaq. Palçıq bərkiyibdir.
2. məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində orqanizm bərkiyir. Mübarizədə bərkimək.
– Belə qorxulu fikirlər bir-bir Əsədin sinirlərini yerindən oynadıb, hələ bərkiməmiş bədənini dəhşətli bir titrəməyə salırdı. B.Talıblı.
Qızlar getdikcə dəyişib qızarır, təmiz hava altında onlar boy atıb bərkiyirdilər. S.Rəhimov.
[Cərgənin] …əvvəl ehtiyatla atdığı addımları indi bərkiyib qətiləşirdi. Ə.Əbülhəsən.

3. Artmaq, tezləşmək, cəldləşmək, yeyinləşmək. Avtomobilin sürəti bərkidi. Getdikcə addımlar bərkidi.
4. məc. Mərhəmətsiz olmaq, sərtləşmək. Ürəyi bərkimək. Xasiyyəti bərkimək.
5. Şiddətlənmək, artmaq, güclənmək. Külək bərkidi. Yağış bərkidi. Öskürəyi daha da bərkidi.
◊ Bərkiyib durmaq – inad etmək, qəti durmaq, dediyindən, tələbindən əl çəkməmək.

Синонимы

  • BƏRKİMƏK sərtləşmək — qatılaşmaq — möhkəmləşmək
  • BƏRKİMƏK şiddətlənmək — güclənmək
  • BƏRKİMƏK tezləşmək — cəldləşmək — yeyinləşmək
  • BƏRKİMƏK sağlamlaşmaq — qüvvətlənmək — möhkəmləşmək

Антонимы

  • BƏRKİMƏK BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M
BƏRKİMƏ
BƏRKİNMƏ

Значение слова в других словарях

демаски́рование дохлёбываться замши́ться изма́яться разму́чить саркомато́зный собо́ровать стра́нствование турнике́т эти́л дожди́шко зарожда́ться и́зморось обле́злый эмиссио́нный рецептура balaniferous eschatology fascination whitewashing выключать купчая машинизировать монолит прозимовать