Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək.
Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi.
□ Cövlan etmək (vurmaq) – dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər.
Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər.
[Dəli Səmədin] axşamadək peşəsi şəhəri cövlan etmək idi.
Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu.
Cövlana çıxmaq – gəzməyə, dolanmağa çıxmaq.
Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıxmışdı.
Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq.