Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.
== Tarixi ==
Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur.
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.
== Əhalisi ==
=== Şəhidləri ===
Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı.