CIZMAQ

f.
1. Xətt, cızıq çəkmək; dırnağı və başqa bərk, ucu iti bir şeylə basaraq iz buraxmaq.
Xəlil döş cibindən qələmini çıxardıb, katibin dırnağı ilə cızdığı yerdən imzasını atdı. M.Hüseyn.

2. Qaralama şəklində yazmaq, çəkmək, hazırlamaq.
Həsrət cızdığı planlar barədə əvvəlcə Yusiflə, Daşdəmirlə … məsləhətləşmək istədi. B.Bayramov.

3. Siyirmək, dərisini qopartmaq. Ağac qolunu cızıb. Tikan əlimi cızdı.
// Cırmaqlamaq, cırmaq, cızıq-cızıq eləmək.
4. məc. Düşünmək, düzəltmək. Plan cızmaq.

Синонимы

  • CIZMAQ pozmaq — qaralamaq
  • CIZMAQ yazmaq

Антонимы

  • CIZMAQ CIZMAQ – YAZMAQ Yazdın, cızdın; Qabağımda (İ.Tapdıq)
CIZMA-QARALAMAQ
CIZMALAMA

Значение слова в других словарях