Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Cisim
Cisim — canlı və cansız təbiətə aid olan bütün əşyaların ümumi adı. Təbiətdə olan daş, qaya, ağac, göl, insan və heyvan bədəni, su damcısı, daş, qələm və s. müxtəlif cisimlərdir. Lakin bu cisimlərin bəzilərini insan düzəldir. Bəzi cisimlər isə heç kəs tərəfindən düzəldilmir. Bunlar təbiət cisimləridir. Təbiətdə maddə dörd: bərk, maye, qaz və plazma halında olur. Daş, dəmir, buz və s. maddənin bərk halıdır. Qaz halına misal havanı, təbii qazı, oksigeni və s.
Clairo
Kler Elizabet Kottrill (19 may 1998, Atlanta) — Clairo kimi tanınan amerikalı müğənni-bəstəkar. Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb, 13 yaşında internetə musiqi yerləşdirməyə başlayıb. Clairo 2017-ci ildə "Pretty Girl" adlı lou-fay sinqlının musiqi videosunun viral uğurundan sonra məşhurlaşdı. Daha sonra 2018-ci ildə Fader Label ilə müqavilə bağlayaraq ilk mini albomu, EP Diary 001-ı buraxdı. Onun ilk studiya albomu Immunity 2019-cu ildə müsbət şərhlər qazandı, "Bags" və "Sofia" ən çox bəyənilən sinqllar oldu. Kottrillin ikinci studiya albomu, Sling 2021-ci ildə buraxıldı. Albom buraxıldıqdan sonra kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də ilk 20-də yekunlaşdı. == Həyatı == Kler Kottrill Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb. O, marketinq icraçısı Ceff Kottrillin qızıdır.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Braim Dias
Braim Abdelkader Dias (3 avqust 1999, Malaqa, İspaniya) – İspaniyalı peşəkar futbolçu. İtaliya A Seriyasında yarışan Milan klubunda çıxış edir. == Karyerası == === Mançester Siti === Brahim, karyerasına 2015-ci ildə Manchester City-yə 200.000 funt sterlinq qarşılığında 16 yaşında Manchester City-ə köçmədən əvvəl, doğma klubu Malagada başladı. 21 sentyabr 2016-cı ildə Díaz, Siti üçün olaraq ilk komandasında debüt etdi. EFL Kubokunda Swansea City ilə matçda Kelechi Iheanacho əvəz etdi. 80-ci dəqiqədəki əvəzedici. Beş gün sonra, City ilə ilk peşəkar müqaviləsini üç il müddətinə imzaladı. 21 noyabr 2017-ci ildə Brahim, Çempionlar Liqasında debütü "Feyenoord" a qarşı oldu. 19 dekabr 2017-ci ildə Brahim Liqa Kubokunda Lester Sti ilə 88 dəqiqə oynayaraq ilk olaraq start heyətdə mübarizəyə start verdi. Premyer Liqada debütü 20 yanvar 2018-ci ildə, Newcastle United üzərində komandasının 3–1 qazandığı oyun oldu.
C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Calum Worthy
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Charm School
Charm School - Roxette qruppunun albomudur.
Claire Danes
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Claire Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Cami
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Dustin Clare
Dustin Clare (d. 2 yanvar 1982) — Logie mükafatı qazanan avstraliyalı aktyor. == Həyatı == Dustin Avstraliyada doğuldu və orada böyüdü. Əslən Ballina, Yeni Cənubi Uelslidir.O dramatik sənətlər bölümündən 2004-cü ildə məzun olmuşdur. 2006-2007-ci illərdə McLeod's Daughters serialının 48 bölümündə Riley Ward rolunu canlandırmışdır. Amma Dustini daha çox məşhurlaşdıran Spartacus: Gods of the Arena, Spartacus: Vengeance və Spartacus: War of the Damned seriallarındakı Qannikus rolu olmuşdur.
Calın
Calın - türk və altay xalq inancında müqəddəs mərasim. Yalın və ya Çalın da deyilir. Xüsusilə Yer Ana və Yer iyəsi üçün edilən mərasim. Böyük bir ağacın altında həyata keçirilir. Bu ağac Uluqayını təmsil edir. Yerə üç direk batıb təpələri oyularaq və ya üzərlərinə bir stəkan qoyularaq içlərinə kımız doldurulur. Şaman sahəyə gələrək əllərində ağac budaqları tutan 39 qız və 39 kişilə birlikdə "kırınır" (rəqs edər). Burada qırxıncı adam özüdür və bu rəqəmin müqəddəsliyi ilə əlaqədar da bir yanaşma vardır. Yer ananı təmsil edən üç dirəyin yanına çataraq Calın alır. Artıq reallaşan müqəddəs əlaqəyə "Calın Almaq" deyilir.
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. == Coğrafiyası == Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsada aşağı axarlarda onun eni 10 km-i keçir.
İlğım
İlğım — dünya dillərinin böyük qismində bu hadisə fr. mirage olaraq işlədilir. Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur == Təsnifat == İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür. === Aşağı ilğım === Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır. === Yuxarı ilğım === Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.
Adnan Yalım
Adnan Yalım (25 fevral 1957, Nevşəhər) — türkiyəli rəssam. == Həyatı == 1957-ci ildə Nevşehdə doğulub. Atası müəllim olduğu üçün ibtidai və orta təhsilini müxtəlif bölgə və kəndlərdə almışdır. 1979-cu ildə İstanbul Dövlət İncəsənət Akademiyasına daxil olmuş, 1984-cü ildə magistr dərəcəsi ilə məzun olmuşdur. Həmin il Parisə gedərək tədqiqat və araşdırmalarda iştirak etdi. Parisdən qayıtdıqdan sonra Malatya İnönü Universitetində məruzəçi olaraq işə başladı. 1989-cu ildə sənətində dərəcə aldı. 1990-cı ildə yenidən xaricə getdi və Paris, Amsterdam və Venesiyada tədqiqatlarda iştirak etmişdir. Sənətkarın 13 şəxsi və çoxsaylı ölkə və beynəlxalq səviyyədə sərgilərdə iştirak edib.