CƏH-CƏH

təql. Quşların ötərkən çıxardıqları xoş səs.
Quşların cəh-cəhi havaya ucaldı. S.S.Axundov.
Quşlar… cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu.
Qarışdı qaqqıltılar; Büllur səsli cəh-cəhə; Yüksəldi hər budaqdan; Bir nazənin qəhqəhə. Ə.Cavad.

□ Cəh-cəh vurmaq – etmək, oxumaq (quşlar haqqında).
Bu quş göy çəmənin içindən naqafil cəh-cəh vurub havaya tullanır. E.Sultanov.
Quşlar, quşlar, a quşlar! Cəh-cəh vurun burada; Gah yerdə, gah yuvada. A.Səhhət.
Bir də gördülər, birdən bülbül gəlib, mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Ə.Haqverdiyev.

◊ Bülbül kimi cəh-cəh vurmaq (ötmək) – xoş avazla, xoş səslə, şirin-şirin oxumaq.
[Hacı:] Şərab həmişə insanın mizacını açır, … görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır, xanəndə bülbül kimi cəh-cəh edir. B.Talıblı.
Bülbül cəh-cəh vurub oxumazdı; Ona bülbül adı qoyulmasaydı? B.Vahabzadə.

CƏFTƏŞƏKİLLİ
CƏHALƏT

Значение слова в других словарях